www.edvgerial.az portalında qeydiyyatdan keçmiş vətəndaşların sayı və geri qaytarılan vəsait açıqlanıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə qeydiyyatdan keçənlərin sayı 900 min nəfərdir:
“Portalda qeydə alınan kassa çeklərinin sayı 800 milyondan çoxdur. Ümumilikdə istehlakçılara 33,4 milyon manat vəsait geri qaytarılıb”.
Həmçinin, bildirilib ki, yeni e-kassaların sayı 23 mindir.
araz.az xəbər portalı.