1522235842_3.jpg

Martın 24-də Ermənistanın baş naziri Karen Karapetyan parlamentə baş çəkdi. O, çox kədərli idi və ümidini itirmiş insan təsiri bağışlayırdı. Bunu tamamilə belə izah etmək olar: çünki o, bundan sonra de-yure baş nazirdir və de-fakto onu heç kim baş nazir kimi qəbul etmir.

Realliqinfo.org xəbər verir ki, bunu parlamentin həmin iclasında baş verənləri şərh edən Avetis Babacanyan “Birinci informasiya” saytında sayıb.

“Və tək sual deputatları maraqlandırır: Karen Karapetyan növbəti hökumətin tərkibində qalmağa, onun üçün nəzərdə tutulmuş baş nazirin müavini postunu tutmağa hazırdırmı? Karen Karapetyan bu suala cavab vermədi, amma müzakirələrə əsasən, onun hazırdır olub-olmadığını demək olar. Fərz etmək olar ki, Karen Karapetyana baş nazirin birinci müavini postu hələ təklif edilməyib, onunla bu məsələ müzakirə olunmayıb., İtaətkarlıq qiymətləndirilir. Amma Karen Karapetyan hələ çox inad edəcəksə, mümkündür ki, bu postdan da məhrum olsun”, – o qeyd edib.

“Yelk” fraksiyasının deputatı Ararat Mirzoyanın baş nazirin bir il əvvəl verdiyi vədi xatırlatması isə Karapetyanı parlamentdə çətin vəziyyətdə qoyub. Deputatın sözlərinə görə, baş nazir eynilə belə söyləmişdi: “Biz ən azından 2018-ci ildə maaşların baza hissəsi pensiyaların qaldırılması üzrə dəqiq planı qarşımıza qoyuruq”. Mirzoyan qeyd edir ki, artıq hamı bilir ki, 2018-ci ildə hökumətin orta müddətli xərclər proqramı üzrə belə bir artım yoxdur, hətta 2019-cu ilə qədər heç bir artım gözlənilmir.

Karapetyanın əvəzində maliyyə naziri Vardan Aramyan cavab verib: “Siz haqlısınız, orta müddətli xərclər proqramlarında biz artımları planlaşdırmırıq”.

Beləliklə Aramyan bildirir ki, Karapetyan öz vədini yerinə yetirməyib.

“Çünki biz cari öhdəlikləri öz üzərimizə götürə bilmirik. Siz indi minimal əmək haqqını artırırsınız və sonra sizin iqtisadi situasiyanız göstərir ki, bu, mümkün deyil. Dəqiqləşdirmək lazımdır ki, buna imkan yoxdur. Ən təhlükəli məqam ondan ibarətdir ki, siz qabaqcadan cari öhdəlikləri qəbul edə bilərsiniz, amma bunu yerinə yetirə bilmirsiniz. Əgər biz dövlət sektorunda maaşları 5 min dram (təxminən 10 dollar –red.) məbləğində artırsaq, bu gün dövlət sektorunda çalışan 263 min insan üçün əlavə 30 milyard dram (66 milyon dollara yaxın –red.) lazım olacaq”, – maliyyə naziri deyib.

Amma Aramyan söz verib ki, maaşlar və pensiyaların artımı onların gündəlik fəaliyyətinin mərkəzində olacaq.

Beləliklə, Aramyanın söylədiklərindən belə başa düşmək olar ki, Karen Karapetyan bir il əvvəl maaşlar və pensiyaların artımı haqqında danışaraq, ölkənin iqdisadi və maliyyə imkanlarını nəzərə almırdı və populizmlə məşğul olurdu.

Avetis Babacanyan qeyd edir ki, Aramyan Karapetyan kimi, maaşları və pensiyaların bir il və yaxud da 2040-cı ildə artacağını deyəcək qədər sadəlövh deyil:

“2040-cı ildə kimsə ona 22 il əvvəl verilmiş vədi xatırladacaq, necə ki, indi Karapetyana xatırladırlar. Və soruşacaqlar ki, niyə o öz vədini yerinə yetirməyib. Çünki ölkəmizdə hakimiyyət əbədidir və belə perspektiv istisna edilmir. Buna görə də Aramyan “gələcək” haqqında, məsələn 3301-ci ildən danışıb. Həmin vaxt hökumət Ermənistanda xristianlığın 3-cü minilliyinin bayram edilməsi çərçivəsində o qədər xeyirxah olacaq ki, maaşlar və pensiyaları 5 min dram artıracaq”.

araz.az xəbər portalı.