Fevralın 15-dən Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında yerləşən orta məktəblərdə yuxarı sinif şagirdləri üçün də ənənəvi tədris bərpa olunur. Bəs iki həftəlik tədrisin yekunu necədir? Məktəblərin açılması yoluxma sayına necə təsir etdi
araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov danışıb: “Məktəblərin açılması ilə ölkədə koronavirusa yoluxma sayda ciddi dəyişikliklər müşahidə olunmur. Düşünürəm ki, bu məsələyə obyektiv qiymət vermək üçün iki həftə yetərli deyil. Məlum inqubasiya dövrü var ki, onu gözəmək lazımdır. Hər halda, növbəti həftədə görəcəyik ki, məktəblərin açılmasının yoluxma sayına neqativ təsiri var, ya yox. Onu da qeyd etmək lazımdır ki, məktəblərin açılması məsələsində pozitiv tərəflər də çoxdur. Çünki məktəblərin uzun müddət bağlı qalması təhsili getdikcə stressə salırdı. Onlayn təhsil bütün tələbatları tam ödəyə bilmirdi. Bu səbəbdən təhsilin yeni rejimdə davam etmək məcburiyyəti var. Lakin bu proses mütləq şəkildə tələblərə uyğun aparılmalı, siniflərdə sosial məsafə gözlənilməli, gigiyenik qaydalara ciddi əməl etmək lazımdır”.
araz.az xəbər portalı.