WhatsApp Image 2021 02 13 at 16.26.37

 
Moldovanın Dövlət katibi George Leuka Azərbaycan Respublikasının bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovu qəbul edib. Səfirlikdən araz.az-a daxil olan məlumata görə, fevralın 10-da baş tutan bu
görüş zamanı iki ölkə arasında siyasi, sosial, iqtisadi və ticarət sahələrinə, eləcə də çoxtərəfli formatda qarşılıqlı əlaqələrə dair məsələlər müzakirə edilib. 
Məlumatda daha sonra bildirilir ki, rəsmilər tərəfindən ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif səviyyələrdə siyasi dialoqun intensivləşdirilməsi, nazirliklərarası məsləhətləşmələr və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı məsələlərə toxunulub.
Hər iki ölkəni maraqlandıran mövzularda, xüsusilə, Birləşmiş Millətlər Təşkilatının (BMT) seçkili orqanlarına keçirilən səsvermədə, qarşılıqlı dəstək daxil olmaqla, regional və beynəlxalq strukturlar çərçivəsində əməkdaşlıq barədə məlumat və fikir mübadiləsi də aparılıb.
 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.