Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliklərini Nobel Sülh Mükafatına təqdim etmək təklif olunur.
araz.az Reyting.az-a istinadən xəbər verir ki, belə bir təkliflə Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki, Müstəqil Ekspert Qrupunun rəhbəri, AMEA Fizika İnstitutunun əməkdaşı, professor Qüdrət İsaqov çıxış edib.
Professor Qüdrət İsaqov bununla bağlı müraciətində yazır:
Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş komandanımız İlham Əliyev 200 il ərzində itirilmiş torpaqlarımızın böyük bir hissəsini Azərbaycan və beynəlxalq qanunlara istinad edərək işğaldan xilas etdi.
Müzəffər Ali Baş komandanımız İlham Əliyev 30 il ərzində itirilmiş Azərbaycan torpaqlarını Azərbaycan və beynəlxalq qanunlara istinad edərək işğaldan azad etdi.
Azərbaycan Prezidenti və müzəffər Ali Baş komandanımız İlham Əliyev 44 günlük zəfər tariximizdə dəfələrlə Ermənistana qan tökülməməsi naminə sülh təklifləri ilə müraciət etdi.
Müzəffər Azərbaycan Prezidenti və Ali Baş komandanımız İlham Əliyev qan tökülməməsi naminə sülh danışıqlarına başladı. Ağdam, Kəlbəcər və Laçın rayonları qan tökülmədən işğaldan azad edildi.
İlham Əliyev müharibədə əsir düşmüş ermənilərin sağ-salamat geri qaytarılmasına əmr verdi.
İlham Əliyev nahaq qanlar tökülməsin deyə Gəncə, Tərtər, Bərdə və digər şəhər və rayonlarımızda Ermənistanın raket atəşi ilə dağıntılar yaratmasına rəğmən Ermənistanın dinc əhalisinə qarşı qisasçılıq hərəkətlərinə yol vermədi.
İlham Əliyevin sülhayaratma hərəkətləri bir nümunə olaraq Qafqaz və dünya tarixinə yazıldı.
İlham Əliyev BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatına başçılıq etdiyi Qoşulmama Hərəkatı vasitəsilə dünyada sülhyaratma proseslərinə töhfələr verir.
İlham Əliyev dünyada sülh yaratmaq, regionumuzda sülh yaratmaq naminə, Azərbaycanın iqtisadi qüdrətinin artırılması naminə böyük işlər görür.
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP, Cənub Qaz Dəhlizi layihələri iqtisadi projelər olmaqla yanaşı, həm də regionumuzda, regionumuzla Avropa və regionumuzla dünya arasında sülhyaratma proseslərinə böyük töhfələr verir.
Rəcəb Tayyib Ərdoğan!
Atatürkdən sonra bu günə kimi Türkiyə Cümhuriyyətinə başçılıq edən şəxslər sırasında ən böyük lider Rəcəb Tayyib Ərdoğandı.
Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətini Türkiyə ordusunun marionetkası olmasından xilas etdi. Bununla Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişlərinə son qoydu. Rəcəb Tayyib Ərdoğan Türkiyəni hərbi xunta rejimlərindən xilas etdi. Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunu 21-ci əsrin ən güclü ordularından biri etdi. Bu gün Türkiyə ordusu NATO-nun 2-ci güclü ordusudur. Bu gün Türkiyə ordusu quru qoşunlarına görə dünyanın 1-ci ordusudur.
Rəcəb Tayyib Ərdoğan PKK, PYD, YPĞ, İŞİD kimi Türkiyəni və bütün Şərq aləmini qan içində boğmaq istəyən və dünyanın böyük dövlətləri tərəfindən maliyyələşdirilən və silahlandırılan qurumlara qarşı amansız müharibələr apararaq onları rəzil duruma saldı.
Bu gün Rəcəb Tayyib Ərdoğan dünya miqyasında söz sahibidir. Bu gün Rəcəb Tayyib Ərdoğan Türkiyəni dünya miqyasında söz sahibi etdi. Bu gün Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar, Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da Türkiyə Cumhuriyyətinin görkəmli dövlət xadimləri olmaqla dünyada söz sahibləridirlər.
Rəcəb Tayyib Ərdoğan bütün islam dünyasında və dünyada sülhün və sabitliyin qorunması sahəsində dünya miqyaslı ilklərə imza atıb.
Rəcəb Tayyib Ərdoğan dünyada ədalətin və sülhün zəfər çalması yolunda gördüyü işlərə görə dünyanın ən böyük liderlərindən biridir.
İlham Əlivev və Rəcəb Tayyib Ərdoğan 2 qardaş, bir millət iki dövlət!
Bütün dünya görür ki, 2 böyük lider Xəzər və Qara dəniz regionunda dünyada sülh və əmin-amanlıq naminə necə qardaş ola bilir.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qafqazda sülhyaratma missiyasını birgə həyata keçirdilər.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycanın və Türkiyənin dünyada sülhyaratma missiyasında birgə əməkdaşlıq edirlər.
AMEA-nı Azərbaycan, Türkiyə və Qoşulmama Hərakatı ölkələrinin universitetlərini Qafqaz, Xəzər, Qara dəniz regionlarında və dünyada sülh və əmin- amanlığın yaradılması prosesinə böyük töhfələr verən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti, Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın namizədliklərini Nobel Sülh Mükafatına təqdim etməyə çağırıram!
Dərin hörmət və ehtiramla,
Prof.Dr. Qüdrət İsaqov
AMEA Fizika İnstitutunun əməkdaşı,
Fizika elminə aid xaricdə çap olunan 100-dən çox əsərin müəllifi,
Elmimizə, sənayemizə, ictimai-siyasi proseslərə aid 1000-ə yaxın məqalələrin müəllifi,
Azərbaycanda Prezident seçkilərində göstərdiyi fəaliyyətin nəticəsində yaranan hesabat kitablarının müəllifi,
Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki,
ATEA-nın Beynəlxalq Rentgen medalı laureatı,
Rusiyada nəşr olunn Alternativ Energetika və Ekologiya jurnalının redaksiya kollegiyasının üzvü,
Müstəqil Ekspert Qrupunun rəhbəri.
araz.az xəbər portalı.