Azərbaycan Ordusunun şanlı Qarabağ zəfəri yazıçılar və tədqiqatçılar tərəfindən dərin araşdırma mövzusuna çevrilib.
Bununla yanaşı qələbimizin işıqlandırılması və geniş şəkildə tədqiq olunmasına da böyük ehtiyac var.
Bu mövzuda Slavyan-Türk xalqları hərəkatının lideri, psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “Vətən müharibəsinə gedən yol” adlı kitabı işıq üzü görüb.
“2020-ci il Vətən müharibəmiz zamanı, dövlətimizin və xalqımızın tam səfərbər olduğu günlərdə, biz ziyalılarında üzərinə çox ciddi işlər düşürdü və bu gündə düşür. Bu haqq davamızın geniş şəklidə dünya ictimayyətinə çatdırmaq üçün həm xarici, həm də yerli mətbuatda çox saylı müsahibələr verdim. İkinci Qarabağ savaşımız zamanı və ondan da öncə milli və dövlət maraqlarımızı əxz etdirən, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin mövqeyini işıqlandıran yazılarla həm yerli, həm də xarici mətbuatda ardıcıl çıxış etdim”, deyə yazıçı bildirib.
Tədqiqatçı müharibə zamanı Rusiyada ermənipərəst analitiklərin yeni ideloji diversiyaya əl atdığını qeyd edib: “Onlar, bir çox hallarda İslam dinin radikal din kimi təqdim edən təbliğatçılar vasitəsilə ermənilər qarşı münasibərdə xristian həmrəyliyi ilə bağlı çağırışlar edirlər. Beləcə də xristian ermənilərlə müsəlman azərbaycanlıların birgə yaşayışının mümkün olmayacağını vurğulayırlar. Bu baxımdan Rusiya mətbuatına verdiyim müsahibələrim hesab edirəm ki, daha vacib məqamları üzə çıxarmaqda xüsusi əhəmiyyət daşıyırdı. Bu vasitələrlə bir daha Rusiya cəmiyyəti erməni politoloqların arqumentlərin nə qədər cılız və qərəzli olduğunun şahidi olurdular”.
Adıgözəl Məmmədov müharibə vaxtı xalqın etnik mənsubiyyətindən asılı olmayaraq bir yumruq kimi necə birləşdiyini də nəzərdən qaçırmayıb.
“Biz bir anlıq xalqımızın etnogenizinə nəzər salsaq, onda Azərbaycanda və Qafqazda yaşayıb müxtəlif dinlərə etiqad edən saysız millətlər və tayfalarla qarşılaşmış olarıq. Biz onlardan totemizmə inanan kütiləri, xristian albanları, şirvanlıları, iudaizm dinində olan xəzəriləri və atəşpərəst midıyalıları qeyd edə bilərik. Bütün bunlar bir daha sübut edir ki, bizim millətin formalaşmasında cox saylı tayfalar iştirak etmişdir.Əgər Azərbaycanın tarixinə xristian Şirvanşahlar dövründən başlayaraq nəzər yetirsək, onda, islamdan sonrakı dövrdə də onların son dərəcə tolerant mədəniyyətə sahib olduqlarını və xristian məbədlərinə necədə qayğı ilə yanaşdığlarını görərik. Bu ərazidəki tayfalar fərqli dinlərə etiqad edərkən, yerli əhali içərisində simbioz yaşamaq nümunəsi göstərirdilər. Bu xalqın öz mənbələrini fərqli dini etiqatdan götürdüklərini nəzərə alsaq, onda, onların düşüncə tərzlərinin müəyyən bir formasının da irsən aldıqları məlum olar”, deyə yazıçı qeyd edib.
Son olaraq, tədqiqatçı-yazıçı Adıgözəl Məmməduv bu məqamları nəzərə alaraq xüsusi əhəmiyyətli məqalələrini, müsahibələrini və şərhlərini bu kitab vasitəsi ilə yenidən təqdim etdiyini bildirib.
araz.az
araz.az xəbər portalı.