modern.az 1489673112 ehf1499152468 76

Hər il Novruz bayramı ərəfəsində cəmiyyətdə əfv sərəncamının imzalanacağına dair gözləntilər yaranır. Artıq insanlar arasında bu mövzuda müzakirələr də başlayıb.

Bəs görəsən Novruz bayramı ərəfəsində əfv ola bilərmi?

araz.az  bildirir ki, Konkret.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevlə əlaqə saxlayıb.

Əliməmməd Nuriyev hər zaman Novruz ərəfəsində cəmiyyətdə əfvlə bağlı müzakirələrin getdiyini təsdiqləyib:

“Əksər əfv sərəncamları Novruz ərəfəsinə təsadüf etdiyi üçün, bu məsələ yenə gündəmdədir. 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə cəmiyyətdə böyük sevinc və ruh yüksəkliyi yaratdı. Həm bu tarixi qələbə, həm də Novruz bayramı münasibəti ilə əfv sərəncamı imzalana bilər. Ancaq bu, Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna səlahiyyətinə aid olan bir məsələdir”.

Əliməmməd Nuriyev 2019-cu il martın 16-da kütləvi əfv sərəncamının imzalandığını və bunun 431 nəfərə şamil edildiyini diqqətə çatdırıb. Eləcə də 2020-ci ilin aprel ayında COVID-19 pandemiyası ilə bağlı 65 yaşından yuxarı risk qrupuna aid məhbusların müraciətinə baxıldığını və 176 şəxsin əfv olunduğunu deyib: 

“İndi də daxil olan ərizələrə və müraciətlərə baxılır. Yəqin ki, Əfv Komisiyasının sədri tərəfindən iclaslar çağırılacaq. Novruz ərəfəsində əfv sərəncamının imzalanacağı istisna edilmir. Lakin bu, Prezidentin səlahiyyətindədir”.

araz.az xəbər portalı.