sarqsyan

 
Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan növbəti dəfə təxribatçı açıqlama ilə çıxış edib.
araz.az  xəbər verir ki, o, bu barədə “Armnews” telekanalına müsahibəsində danışıb.
 
Sərkisyan hesab edir ki, Ermənistan hakimiyyəti müharibə zamanı “Qarabağın müstəqilliyi”ni tanımalı idi.
 
Onun sözlərinə görə, hakimiyyət Qarabağın müstəqilliyini elan etmək üçün vaxtı və diplomatik fürsəti əldən verib: “Müharibə zamanı İrəvanın bunu elan etmək üçün mənəvi haqqı var idi”.
 
Serj Sərkisyan baş verən hadisələr zəncirinin təcrübəsizlik, xəyanət və sui-qəsdin nəticəsi olduğuna inanır: “Baş verənləri bağlı obyektiv istintaqla aydınlaşdırmaq mövcud hakimiyyətin dövründə mümkün deyil”. (teleqraf.com)

araz.az xəbər portalı.