Maliyyə Nazirliyi Vidadi Muradovun Azərxalça ASC-nin İdarə Heyətinin sədri olduğu dövrlə bağlı araşdırmaya başlayıb.
araz.az Unikal.org-a istinadən xəbər verir ki, bu işi Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti həyata keçirir.
Maliyyə naziri Samir Şərifovun əmri ilə, adıçəkilən qurumun Maliyyə-Təsərrüfat fəaliyyəti yoxlanılır.
Azərxalça ASC-nın yarandığı dövrdən indiki zamana qədər olan müddət təftiş edilir. Həmçinin Azərxalça ASC-nin əhatə etdiyi bütün müəssisələrdə də bu araşdırmalar davam etdirilir.
araz.az xəbər portalı.