ara ayvazyan 1024x574

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə videokonfrans formatda görüş keçiriblər.

araz.az  xəbər verir ki, bu barədə ATƏT-in yaydığı məlumatda bildirilir.

Fevralın 16-da həmsədrlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla ayrı-ayrılıqda videokonfrans formatında danışıqlar aparıblar. Danışıqlarda ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Qeyd edilir ki, həmsədrlər hər bir nazirlə bölgədəki sabitliyin təmin olunması, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu ilə bağlı fikir mübadiləsi aparıblar.   /Modern.az/

araz.az xəbər portalı.