soyluBu gün Türkiyə parlamentində Daxili işlər naziri Süleyman Soylu İraqın şimalındakı Qara bölgəsində həyata keçirilmiş Pençeli Kartal-2 Əməliyyatı haqqında məlumat verib. Bu günün kədərli bir gün, matəm günü olduğunu söyləyən Soylu, millətin, ölkənin və şəhid ailələrinin ağrısını paylaşmağın, vəzifə yerinə yetirməkdən daha çox uşaq, insanlıq və ailə borcu olduğunu ifadə edib.

araz.az  Turkustan.info-ya istinadən  xəbər verir ki, nazirin terror qurbanları ilə bağlı çıxış etdiyi sırada PKK terro təşkilatının siyası uzantısı olan HDP-dən deputat Huda Kaya yerindən gülümsəyib. HDP-çi deputatın gülməsinə nazir sərt reaksiya verib. “Heç gülmə, xanım. Biz gülmürük. Baxın, siz gülürsünüz” deyib.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/cmz3HyInV5c'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.