Daxili İşlər orqanlarında yeni kadr təyinatı olub.
araz.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elçin Xasıyev Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mərkəzi Məlumat Xidmətinin (MMX) rəisi təyin edilib.
Qeyd edək ki, bu vəzifənin əvvəlki sahibi polis polkovniki Vahid Nuriyev idi. O, ötən ay xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. /report/
araz.az xəbər portalı.