Azərbaycan bu yayda İsrail ilə 2 milyard dollar məbləğində yeni müqavilə imzalamağı planlaşdırır.
araz.az xəbər verir ki, bu barədə Azerbaijani Armed Forces (AAF) Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, müqavilə 5-7 il ərzində Azərbaycana silah tədarükünü nəzərdə tutur.
Müqavilənin əsas maddəsində Azərbaycana yüksək dəqiqlikli silah növlərinin tədarükü və müharibədə istifadə edilən sursatların boş qalan yerlərinin doldurulması nəzərdə tutulur. /Axar.az/
araz.az xəbər portalı.