“Ukraynanın şərqində vəziyyət yenidən gərginləşir. Donbasla bağlı danışıqlar illərdir yerində sayır, Minsk razılaşması işləmir, atəşkəs tez-tez pozulur, snayperlər işləyir, minalar partlayır, nəticədə itkilər qeydə alınır”.
araz.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bölgədə lokal müharibə ehtimalı olduğunu xatırladıb:
“Ukraynalı və rusiyalı ekspertlər il ərzində toqquşmaların intensivləşəcəyini istisna etmirlər. Yəni lokal müharibə ehtimalı var”.
“Bu arada, Kremldə Donbassın Rusiyaya birləşdirilməsi variantı üzərində götür-qoy edirlər. Bir sözlə Ukrayna mövzusu Rusiyada yenidən aktuallaşır və belə vəziyyətdə Kremlin Qərblə münasibətlərində gərginlik daha da artacaq. Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə çatmaq üçün Rusiya-Ukrayna gərginliyini və Donbasdakı gələcək prosesləri diqqətlə izləməliyik”, – deyə Elxan Şahinoğlu xüsusi qeyd edib. /Yenisabah.az/
araz.az xəbər portalı.