“Bizim Ermənistanı idarə edənlərlə bağlı ciddi inam problemimiz yaranıb”.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu bəyanat Rusiya erməniləri birliyinin (REB) vitse-prezidenti German Ananyants tərəfindən səsləndirilib.
Onun sözlərinə görə, II Qarabağ müharibəsi zamanı Rusiya erməniləri birinci dəfə 100 milyon rubl (təqribən 1 milyon 354 min ABŞ dolları-red.) məbləğində vəsait toplayıblar. “Lakin həmin pulların sonradan hara yoxa çıxdığı bilinmir”.
“Bundan başqa, müharibəninn gedişində bizlər döyüşçülər üçün dəbilqələr, zirehli jiletlər, yataq kisələri həmçinin başqa hərbi avadanlıq və ləvazimatlar da yollanılmışdıq. Lakin onların hamısı “Zvartnots” hava limanında qaldı”,-deyə o söyləyib.
“Biz bundan sonra daha heç bir pul göndərməyəcəyik. Çünki onlar nazirlərin bank hesablarında peyda olur. Hər şeyi oğurlayırlar. Artıq təngə gəlmişik”,-deyə German Anayants bildirib.
araz.az xəbər portalı.