azedu.az 15385562093559047336 1000x669 800x445 140

Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Bakı şəhəri 20 saylı Vəkil Bürosu tərəfindən vəkilliyə, hakimliyə, ədliyyə, prokurorluq və dövlət qulluğuna qəbul olunmaq istəyənlər üçün ixtisas imtahanlarına hazırlıq kursları təşkil edilib.

E-huquq.az-ın məlumatına görə, kursların tədris proqramı son dəyişikliklərə uyğun şəkildə, yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları hərtərəfli təhlil edilməklə hazırlanıb. Məşğələlərdə mühazirəçi qismində bu sahədə kifayət qədər tədris-təlim təcrübəsinə malik, ölkənin qabaqcıl ali tədris müəssisələrinin müəllim kollektivi çıxış edir.

Tədris materialları yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılıb.Tədris olunacaq mövzular imtahan sualları çərçivəsində maddi və prosessual hüququn incəliklərini mənimsəməyə, həmçinin qanunvericiliyin əsasları ilə hərtərəfli tanış olmağa imkan verəcək qədər geniş əhatə olunur.

Tədris olunacaq əsas mövzu blokları:

1. Mülki hüquq;

2. Mənzil, vərəsəlik, əmək və ailə hüququ;

3. Mülki proses;

4. İnzibati proses;

5. Cinayət hüququ və cinayət prosesi;

6. Konstitusiya hüququ, beynəlxalq hüquq;

Dərslər Bakı şəhəri, Məmməd Araz 105A ünvanda keçirilir və mövcud karantin qaydalarına uyğun olaraq onlayn formada keçirilir.

Dərslər hüquq üzrə fəlsəfə doktoru, vəkil, Bakı Dövlət Universitetinin dosenti Qədirov Asif Xanoğlan oğlu tərəfindən tədris edilir.

Kurslarda iştirak etmək üçün 012-561-00-13, 070-746-33-49 telefon nömrələrinə və ya vekillikmektebi@gmail.com elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, kursun bu günə qədərki buraxılış dinləyiciləri son hakimliyə və vəkilliyə qəbul yazılı test imtahanlarında yüksək nəticə göstəriblər. Hakimliyə qəbul üçün imtahan verən namizədlərimizin hamısı, vəkilliyə qəbul üçün imtahan verənlərdən isə bir nəfər istisna olmaqla, bütün namizədlər yüksək nəticələrlə test imtahanlarını keçiblər.

araz.az xəbər portalı.