“Azərişıq” ASC elektrik enerjisinin qiymətinin artırılması üçün Tarif Şurasına müraciət etməyib.
Bu barədə “Azərişıq” ASC sədrinin müşaviri Tanrıverdi Mustafayev Pravda.az-ın sorğusuna cavab olaraq bildirib.
T.Mustafayev qeyd edib ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir.
Qeyd: Yayılan məlumatlara əsasən, əhali üçün bir kilovat elektrik enerjisinin qiyməti 14 qəpiyə qaldırılır. Hazırda 300 kilovatadək 7 qəpik, limit keçdikdən sonra isə 11 qəpik hesablanır.
Nəzrin Cavid
araz.az xəbər portalı.