document 241219 7 750x375“Bakı Metropoliteni” QSC ümumi maliyyə həcmi 407 421 AZN təşkil edən iki müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, müqavilələr “Meteor Supply and Services” MMC və “Polimart” MMC ilə bağlanıb. “Meteor Supply and Services” şirkəti 206 954.3 AZN müqabilində QSC-ni mismarla, “Polimart” MMC isə 200 467.47 AZN-ə müxtəlif növ plastik bağlantıları və santexnika malları ilə təmin etməlidir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Meteor Supply and Services” MMC 29 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı qeyri-müəyyəndir. Daha doğrusu, reyestr məlumatlarında MMC-nin Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi ev 3 ünvanı göstərilib. Lakin mənzilin nömrəsi qeyd edilməyib. Şirkətin qanuni təmsilçisi isə Babayev Mehman Fuad oğludur.


Şirkət iki ildir fəaliyyət göstərməsinə baxmyaraq açıq mənbələrində barəsində hər hansı məlumat yoxdur. MMC-nin qanuni təmsilçisi Mehman Babayevin da fəaliyyəti sanki gizli saxlanılır.
“Polimart” MMC-yə gəlincə, bu şirkət 7 avqust 2015-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 1, ev 10a-da yerləşən şirkətin qanuni təmsilçisi Musayev Fərhad Aslan oğludur.


Bu şirkət və sahibi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.

araz.az xəbər portalı.