Siyasətçi Andranik Tevanyan Rusiyanın Azərbaycan torpağı olan Qarabağda, eləcə də Ermənistanda oynadığı rolu şərh edib
Qarabağda müharibə formal olaraq 2020-ci il noyabrın 9-da dayandırılsa da, kapitulyasiya bütün cəbhələrdə davam edir.
Bunu Sputnik Ermənistan-a müsahibəsində siyasətçi Andranik Tevanyan deyib.
“Bu həm Ermənistanın sərhədlərinin daralmasında, həm Qarabağda faktiki dövlətçiliyin itirilməsində, həm də Ermənistanın öz subyektliyini itirməsində göstərir. Sirr deyil ki, Qarabağ faktiki olaraq Rusiyanın protektoratı altındadır, Rusiyanın Qarabağdakı qüvvələri isə sadəcə sülhməramlı fəaliyyət gerçəkləşdirmir, onun təhlükəsizliyini təmin edir”, – Tevanyan söyləyib.
Onun fikrincə, Rusiya hökumətinə minnətdarlıq etmək lazımdır, axı Moskvanın səyləri ilə müharibə dayandırılmasa idi, mümkündür ki, Xankəndi ermənilərin nəzarətində qalmazdı.
“”Biz qələbə qazanacağıq” devizi ilə biz tam məğlubiyyətə uğrayardıq və bu, Qarabağdan ermənilərin tamamilə çıxarılması ilə nəticələnərdi”, – siyasətçi hesab edir.
Bundan başqa, o deyir ki, hazırkı vəziyyətdə rus sülhməramlıları nəinki Qarabağın, eləcə də faktiki olaraq Sünik vilayətinin təhlükəsizliyini təmin etmək funksiyasını üzərlərinə götürüblər. Bu arada, erməni ordusu “kölgədə qalıb”.
“Erməni ordusu, məsələn, Sünikdə baş verən təhlükəli proseslərdə gözə dəymir, bu isə o deməkdir ki, belə vəziyyət regionda hələ uzun müddət davam edə bilər”, – Tevanyan deyir.
Siyasətçi hesab edir ki, Qərb hazırda aktiv anti-Rusiya fəaliyyətinə keçib, üstəlik, Türkiyəyə də böyük stavka edir və əgər Ermənistan real tərəfdaşlar tapmasa, tapdaq altında qalacaq.
Tevanyan erməni cəmiyyətini yuxudan ayılıb subyektliyi bərpa eləməyə səsləyib:
“Bunun birinci addımı hakimiyyət dəyişikliyi olmalıdır, yoxsa ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Nə qədər qəribə səslənsə də, məhz rəsmi Moskva Ermənistanın Rusiya “quberniyasına” çevrilməməsində maraqlıdır. Çünki o, regionda himayədar deyil, arbitr statusunu təsdiq etmək fikrindədir”. /sputnik.az/
araz.az xəbər portalı.