lavrov

Hesab edirəm ki, Türkiyə Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmür.

araz.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası özlərinin milli dövlətini gücləndirməkdən ibarətdir”, – Lavrov bildirib.

Lavrov qeyd edib ki, Turan mövzusu Türkiyə və müvafiq dövlətlər, o cümlədən Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa dərindən nüfuz edib.  /Axar.az/

araz.az xəbər portalı.