Vətəndaşların haqlı tələbini müdafiə etməli olan Baş məsləhətçi hakimi vətəndaşlardan niyə qoruyur?
Zəngilan Rayon Məhkəməsində nəsə baş verir, amma bu nəsəni araşdırıb ortaya çıxartmaq özü bir müşgülə çevrilib. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə bağlı qəbul etdiyi qadağasını əldə bayraq tutaraq vətəndaşların qəbulu dayandırılıb, daha doğrusu dar çərçivəyə salınıb. Vüsalə adlı baş məsləhətçi nəinki öz işçilərini, hətta inzibati binalarında yerləşdikləri Nəsimi Rayon Məhkəməsinin qapısında növbə çəkən polis əməkdaşlarını belə həmin dar çərçivəyə sığışdıra bilib. Necə? Hansı yolla?
Qəbula gələn vətəndaşlar barədə polis əməkdaşları dərhal Vüsalə xanıma xəbər göndərirlər, aşkar, ya gizli, fərqi yoxdur, sərf edən adam olmasa, dünya yığıla gələ, o adam içəri keçə bilməz.
Vətəndaşların qəbulunun dayandırılması ilə paralel həm şikayət ərizələrinin qəbulu, həm də əvvəlki qərarların icrası da dayandırılıb, bu da öz metodları ilə həyata keçirilir. Belə ki, Zəngilan Rayon Məhkəməsinin qərarları icra olunmamaq, yəni başdan eləmək məqsədilə Xətai, Saatlı və digər ucqar rayonlara göndərilir. Aydın məsələdir ki, vətəndaş həmin işin icrası ilə bağlı Saatlıya, Gəncəyə, digər bölgələrə gedən deyil. Nəticədə Zəngilan Rayon Məhkəməsinin qərarları illərlə icra olunmur. O qərar ki, icra olunmayacaq, niyə qəbul olunurdu? Axı qərar dövlətin adından qəbul olunur və onun icra olunmaması vətəndaşın dövlətə inamını sarsılda bilər…
Ən nəhayət… Vüsalə adlı baş məsləhətçi ciddi-cəhdlə hakimi vətəndaşlardan qoruyur. Niyə? Bu da məchul məsələdir.
İmanova Gülsarə KƏRİMOVNA Zəngilan rayonuna 2018-ci ildə hakim təyin olunub. O vaxta qədər, yəni 2013-2018-ci illərdə Suraxanı rayon məhkəməsində işləyib. Nəzərə alsaq ki, Suraxanı rayonunda yaşayan və məskunlaşan əhali ilə Zəngilan əhalisi arasında bir o qədər oxşarlıq yoxdur, hakimin yerli əhali ilə işləməsi üçün qanunun tələblərindən ciddi yapışmalı olmasıdır. Nədənsə, Gülsarə xanım (?) qanundan yapışmaq yox, yapışmamaq niyyətindədir, iş görülməyən yerdə nə QANUN? Hakimin XANIM sözünə də alergiyası vardır, ona XANIM deyə müraciət etdikdə acığı tutur. Bəlkə bu ondan irəli gəlib ki, Gülsarə İmanova Türkmənistanda doğulub-böyüyüb, uzun müddət orda çalışıb?
Onun vətəndaşları, xüsusən də ŞƏHİD ANASInı qəbul etməməsi sizcə hansı məntiqdən qaynaqlana bilər?
Gundemxeber.Az
araz.az xəbər portalı.