“Müharibədə ermənilər Xankəndi, Xocavənd və Ağdərəni tərk etmişdilər. Rusiya sülhməramlı qüvvələri onları geri qaytardı. Bu gün Rusiyanın sülhməramlı adında silhahlı qüvvələri emənilərin iddia etdiyi “Artsax”ın təhlükəsiz qarantıdır. Rusiya sülhməramlı adlanan silahlı birləşmələri konkret olaraq Azərbaycanın Dağlıq Qarabağda ermənilərin yaşadığı ərazilərdə öz suverenliyini bərpa etməyə mane olan əsas baryerdi”.
araz.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan qəti şəkildə Minsk qrupunun danışıqlar oyununa gəlməməlidir:
“Qeyd edim ki, ermənilər Qarabağın Azərbaycanın tərkibində statusunun olmasını qeyri-mümkün hesab edirlər. Demək, Minsk qrupunun yenidən fəaliyyətinin və hər hansı danışıqların əsas mahiyyəti status dedikdə burada əsasən ” Artsaxin müstəqilliyi” tələb edilir. Bu gün Xankəndidə Arayik Arutunyan, Vitali Balasanyanın, Minsk qrupunun həmsədrlərinin status tələbi Azərbaycanın tərkibində olmayan ikinci erməni dövləti yaratmaqdır. Ona görə də Azərbaycan qəti şəkildə Minsk qrupunun danışıqlar oyununa gəlməməlidir.
Xankəndidə yaşayan ermənilər heç vaxt bizimlə birgə yaşayışı qəbul etməyəcək. Biz buna əmin olmalıyıq. Onlar silahlanıb yenidən bizə qarşı vuruşmaq haqqında düşünür. Son iki yüz ildə belə olub və prosesləri belə buraxsaq, yenidən eyni aqibətlə üzləşəcəyik. Ona görə də biz Xankəndidə erməni separtizminin başını əzməliyik. Mütləq şəkildə Laçın dəhlizində bizim postumuz olmalıdır”.
“Ermənilərə biz yox, üçüncü qüvvələr nəzarət edəcəksə, demək növbəti təxribatlara hazır olmalıyıq. Və çalışıb Rusiyanı Qarabağdan çıxarmalıyıq.
Qarabağ xanlığı ilə Rusiya çarlığı arasında bağlanan “Kürəkçay” müqaviləsi əsasında ilk dəfə Qarabağa gələn Rusiya bizə qarşı erməniləri qaldırdı.. 10 noyabr sazişi ilə 200 ildən sonra, yenidən Qarabağa daxil oldu. Bu səfər onun qarşısında Türkiyə-Azərbaycan tandemi var. İmkan verməməliyik ki, Rusiya ermənilərdən bizə qarşı istifadə etsin. Güclü şəkildə ordumuzu gücləndirməli, Türkiyə hərbi bazasını Ağdamda, Laçında yerləşdirməliyik”, – deyə M.Əsədullazadə xüsusi vurğulayıb.
araz.az xəbər portalı.