Vətən müharibəsindən sonra Qarabağda minalanmış ərazilərdə mütəmadi olaraq mülki və hərbi şəxslərin Qarabağda minaya düşməsi ermənilərin minalanmış ərazilərin xəritəsini Azərbycana verməsi məsələsini gündəmə gətirib. Ermənistan tərəf minalanmış ərazilərin xəritəsinin onlarda olmadığını iddi etsə də, hərbi ekspertlər deyilənlərin həqiqəti əks etdirmədəyi qənaətindədilər.
araz.az-ın Realtv.az-a istinadən məlumatına görə, hərbi ekspert Ramil Məmmədli bildirib ki, onlarda 90-ci illərdə Qarabağı işğal edərkən minaladıqları ərazilərin xəritəsi yoxdur. Amma bunu indiki vəziyyətlə əlaqələnmdirmək doğru deyil. Əks təqdirdə ermənilərin müharibəyə qədərki dövrdə minaya düşməsi faktına rast gəlmək olardı.
Qeyd edək ki, beynəlxalq ekspetlər də iddia edirlər ki, Ermənistan tərəfi minaladıqları ərazilərin xəritəsini Azərbaycana verməyə borcludur. Əks halda bu, hərbi cinayət hesab olunur.
[bt_youtube url=”‘https://www.youtube.com/embed/wlKjRxwRO3A'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
/Axar.az/
araz.az xəbər portalı.