Screenshot 1 72

Qanun deyir, cinayət tərkibi var, xuliqanlığa görə məsuliyyət var, BŞBPİ isə “bədən xəsarəti yoxdur”, deyir

Bu yaxınlarda sosial şəbəkələrdə bir polis məmurunun gözəllik salonunun işçisinə kobud fiziki təzyiq göstərdiyi video yayılmışdı. 17 fevral 2021-ci ildə Daxili İşlər Nazirliyindən (DİN) bu polis məmurunun işdən çıxarılması barədə məlumat verildi.

Açıqlamaya görə, sosial şəbəkələrdə polis geyimində bir insanın qoruyucu maskası olmayan gözəllik salonu işçisinə qarşı kobudluğu ilə bağlı video görüntülərin yayılması ilə əlaqədar olaraq araşdırma aparılıb.

Araşdırmanın nəticələrinə əsasən fakt təsdiqlənib və Yasamal rayon polis idarəsinin 27-ci bölməsinin sahə müfəttişi Camal Qubadov bir qadına qarşı kobud rəftara görə vəzifəsindən azad edilib.

Vəkil Elmar Süleymanov AYNA-nın əməkdaşı ilə söhbətində dedi ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən onun səlahiyyətlərindən kənara çıxan hərəkətlər, əgər bu, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ciddi zərər vurma ilə nəticələnirsə, 1 mindən 2 min manata qədər cərimə ilə cəzalandırılır, və ya iki ilədək islah işləri, və ya üç ilə qədər müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakın müsadirə edilməklə, üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

“Geniş yayılmış videoda göründüyü kimi, bu halda bir məmurun açıq şəkildə səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsindən danışırıq”, – deyə vəkil bildirdi.

Niyə Daxili İşlər Nazirliyi öz əməkdaşını bir qadına güc tətbiq etdiyi üçün, cinayət məsuliyyətinə cəlb etmədi, yalnız onu işdən çıxartmaqla kifayətləndi?

Image result for Camal Qubadov

Suala cavab almaq üçün Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevə müraciət etdik.

“Bədən xəsarəti yetirilmədiyi üçün Camal Qubadovun məsuliyyətə cəlb olunmasından söhbət gedə bilməz”, –  deyə E.Hacıyev bizə bildirdi.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev AYNA-nın əməkdaşı ilə söhbətində qeyd edib ki, bir əməkdaşının hərəkətlərinin cinayət məsuliyyətli olmasını iddia etməzdən əvvəl, işin bütün hallarını araşdırmaq lazımdır. Vəkilin fikrincə, haqqında danışdığımız konkret halda, rayon müfəttişi Camal Qubadov xuliqanlığa görə inzibati məsuliyyətə cəlb olunmalıdır.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/bl8MMDN44i8′” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.