Məhkəmələr, hüquq-mühafizə orqanları, icra strukturları, idarə və müəssisə rəhbərləri vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarını gobud şəkildə pozurlar. Vətandaşlar pozulmuş hüquqlarını bərpa etmək üçün Prezident Adminstrasiyasına, Nazirlər Kabinetinə, Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə və bir çox komitələrə və s. ünvanladıqları şikayət məktublarına ya cavab verilmir, ya da ki, iki sətrlik “tekst”lə “Sizin şikayətiniz baxılması üçün———–orqana göndərildi” deyə cavab verirlər. Maraqlı hal olur ki, yazılmış şikayətlərin həll olunub-olunmaması haqqında rəhbər stutukturlardan heç bir tələb, yaxud da göstəriş verilmir. Nəticədə şikayətçi, hüquqları pozulmuş vətəndaşlar aylarla, illərlə gözləyir ki, şikayətinə baxılacaq, problemləri həll olunacaq. Bu da onu göstərir ki, şikayətlərlə bağlı tədbir görməli olan dövlət qurumlarında vəzifə sahibi olanlar insanlara qiymət verməyi bacarmırlar, onların halına acımırlar, şikayətçilərin vəziyyətini başa düşmürlər. Bununla da vətəndaşlar hansı dövlət qurumuna, hansı vəzifə sahibinə şikayət edəcəklərini bilmirlər, nəticədə onlar hüquqlarını bərpa edə bilmədikləri üçün hakimiyyətdən narazı olurlar. Faktdır ki, bu gün məhkəmə sistemində də rüşvətxorluq, özbaşınalıq, süründürməçilik və s. kimi xoşagəlməz hallar baş alıb getməkdədir. Birinci instansiya məhkəməsi “AĞ QATIĞA” “qara yazıb” qeyri-qanuni, qərəzli, əsassız, AR-sı qanunvericiliyinə zidd qərar qəbul edirsə, vətəndaş illərlə həmin qərarı ləğv etdirmək üçün illərlə sürünməli olur.
TOVUZ RAYON MƏHKƏMƏSİNDƏ 2011-ci İLDƏN BAŞLAYAN MÜLKİ İŞ, BU GÜNDƏ DAVAM ETMƏKDƏDİR
Tovuz Rayon Məhkəməsinin hakimi 2(62)-33-2012 saylı mülki işə baxarkən maddi və prosessual hüquq normalarının kobud şəkildə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş və sonda əsassız, qərəzli qətnamə qəbul etmişdir. Belə ki, 2011- ci ildə hakim faktı araşdırmamış, saxta arayışa əsaslanmış, saxta sənədlərin kimlər tərəfindən tərtib olunduğu, kimlər tərəfindən arxiv kitablarına işlənilməsi təsdiqini tapsa da və bunları qarşı tərəf etiraf etsə də, həmçinin cavabdeh tərəfin təqdim etdiyi arayışın (1996-cı ildə) saxta olduğunu dəfələrlə yazılı və şifahi olaraq hakimə bildirsəm də, Tovuz RİHB-nın və digər əlaqədar qurumların verdiyi rəylərə, arayışlara (rəylərdə və arayışlarda həmin ərazidə cavabdehin adına torpaq sahəsi olmadığı, həmin arayışın verildiyi tarixdə cavabdehin 13 yaşının olduğu qeyd olunur) Mülki Məcəllənin 28-ci maddəsinə məhəl qoymayan hakim “HANSI SƏBƏBDƏNSƏ” (məlum məsələdir) qeyd olunanları əsas tutub məsələyə hüquqi qiymət vermədi, SAXTA ARAYIŞI EKSPERTİZAYA GÖNDƏRMƏDİ, heç bir sənəd-sübut olmadan qarşı tərəfin xeyrinə qərar qəbul etdi. Hakimin buraxdığı səhvı illərdir ki, düzəltməyə çalışırıq, amma heç cür düzəldə bilmirik. “DƏLİ QUYUYA BİR DAŞ ATDI, 100 AĞILLI YIĞIŞIB DAŞI ÇIXARA BİLMƏDİ”. Düz on ildir ki, biz də əziyyət çəkirik, amma heç cür həmin “daşı çıxara bilmirik”. Təəssüflər olsun ki, məhkəmə hakimləri müəyyən işləri başqa istiqamətə yönləndirlər ki, problem illərlə davam etsin. Bu gün yüzlərlə, minlərlə, hətta daha çox sayda insanın hüquqları mənim hüquqlarım kimi pozulmaqda davam edir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdən, Ali Məhkəmənin sədri Ramiz Rzayevdən, Ədliyyə naziri Fikrət Məmmədovdan, Məhkəmə-Hüquq Şurasının sədrindən xahiş edib bildiririk ki, hələ də 2(62)-33-2012 saylı, 2(062)-62/2019 saylı və 2(062)-263/2019 saylı mülki işlərə baxılarkən, ciddi qanun pozuntularına yol verilir, prosessual hüquq normalarının kobud şəkildə pozulması halları təkrarlanmaqdadır. İstərdik ki, Tovuz Rayon Məhkəməsində bu işlər ciddi şəkildə araşdırılsın.
Vaqif Əhmədov
araz.az xəbər portalı.