e4dd4d83 b081 4a81 9b3b 575633a492c7 e1613987378886Türkiyənin ilk yerli və milli “Bayraktar TB2” PUA-sı 300 min uçuş saatını uğurla başa vuraraq rekorda imza atıb.

araz.az-ın  xəbərinə görə, bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, “Bayraktar TB2” PUA-ları 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilib.

Qeyd olunub ki, hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycan ordularının silahlanmasına daxil edilən 160 “Bayraktar TB2” PUA-sı xidmət aparır: “Əldə edilən razılaşmalar çərçivəsində “Bayraktar TB2” PUA-sı Ukraynaya, daha sonra isə Qətər və Azərbaycana ixrac edilib. “Bayraktar TB2” PUA-sı Qətər, Suriya, Ukrayna və Qarabağda isti səhra, soyuq, qar və fırtınada xidmət aparmaqdadır”.

Şirkətin məlumatında o da bildirilib ki, “Bayraktar TB2” PUA-sı Azərbaycanın təxminən 30 ildir işğal altında qalan Qarabağ bölgəsinin azad edilməsində vacib rol oynayıb: “Azərbaycan Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın azad edilməsi üçün 27 sentyabr 2020-ci il tarixdə əks-həmlə əməliyyatına başlayıb. 44 gün sonra 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ordusu Ermənistanın işğalına son qoyaraq Dağlıq Qarabağı nəzarətə götürüb. Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən “Baykar” tərəfindən milli və xüsusi olaraq inkişaf etdirilən “Bayraktar TB2” PUA-sı bütün cəbhə boyu istifadə olunub. Hərbi ekspertlərin araşdırmalarına görə, “Bayraktar TB2” PUA-sı Ermənistan ordusuna məxsus hava hücumundan müdafiə sistemlərini, radar sistemlərini, tankları, zirehli texnikaları, yük maşınlarını, cəbhəxanaları, istehkam qurğularını məhv edib. Azərbaycan Ordusunun dünyanı heyrətə gətirən bu uğuru dünya mediası və ekspertlər tərəfindən türk PUA-larının hərb tarixini dəyişdirəcək gücə çevrildiyi vurğulanıb”. (APA)

araz.az xəbər portalı.