pashinyan 780x470

Vətəndaşlar binaları zəbt etməyi düşünürlərsə, həmin binaların dövlət himayəsində olduğunu bilsinlər yəni dövlətin atəş açmaq hüququ var”.

araz.az  Savash.org-a istinadən  xəbər verir ki, bu sözləri Ermənistan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan müxalifətin bu günə planlaşdırılıan etiraz aksiyası barədə danışarkən deyib.- Advertisement –

“Vazgen Manukyan xalqa rəhbərlik edir? Vətəndaşların hərəkətlərinə kim cavabdehdir? Hər kəs təhlükəsizlik sistemi ilə zarafat edilməməli oldğunu anlamalıdır, indi ölkəmiz öz vətəndaşını, dövlətimizi qoruya bilməyəcək bir vəziyyətdə deyil. Ölkə daxilində müharibə başlamaması üçün yalan məlumatlar yayanlar cəzalandırılmalıdır. Aksiyalar ölkəmiz daxilində yalan və qeyri-dəqiq xəbərlərin yayılmasına yönəlibsə, bu, nəinki qınanılmalı, hətta ləğv edilməlidir. Bu, vətəndaş müharibəsinə aparmağın yollarından biridir”, – Koçaryan qeyd edib.

Qeyd edək ki, bu gün saat 18:00-da Ermənistanın paytaxtı Yerevanda “Vətənin qurtuluşu uğrunda” hərəkat kütləvi itaətsizlik aksiyası keçirəcək.

araz.az xəbər portalı.