qadinlar akp

Antalyada yaşayan və Türkiyə vətəndaşlığı daşıyan iki azərbaycanlı qadın AKP-yə üzv yazılıb.

araz.az  Virtualaz.org-a istinadən xəbər verir ki, hakim partiyanın Antalya təşkilatının qərargahında təşkil edilən mərasimdə onlara AKP nişanını AKP-nin yerli təşkilatının rəhbəri İbrahim Ədhəm Taş taxıb.

65 yaşlı Şəfəq Qutluel deyib ki, 20 il əvvəl Antalyaya gəlib və buranı çox sevib:

“Rəcəb Tayyib Ərdoğanı çox sevirəm. Çoz gözəl liderdir. Azərbaycanın yanında olduğu üçün çox məmnunam. Azərbaycana çox dəstək oldu. Qarabağ məsələsində də dəstək oldu. Onsuz da biz bir millət, iki dövlətik. Hər zaman biz də yanınızdayıq”, – azərbaycanlı AKP üzvü deyib.

Digər azərbaycanlı qadın, 41 yaşlı Elvira Səmədova isə deyib ki, 21 ildir Türkiyədə fəaliyyət göstərir:

“Onsuz da AKP-ni daha əvvəldən dəstəkləyirdim. Hörmətli başqanımız çox böyük liderdir. Ona güvənirik. O səbəbdən üzv oldum. Bir millət, iki dövlətik. Türkiyə Azərbaycana çox dəstək verdi. Bunu tarix sübut edib. Çox xoşbətəm”, – Elvira deyib.

araz.az xəbər portalı.