Rusiya FHN-in humanitar yardım karvanı bu gün Yerevan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.
Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağa növbəti humanitar yardım karvanını göndərib.
araz.az-ın verdiyi xəbərə görə, Rusiya FHN-in humanitar yardım karvanı bu gün Yerevan yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzindən Xankəndiyə yola düşüb.
Rusiya FHN-in əməkdaşı Yevgeni Qorelov jurnalistlərə açıqlamasında bildirib ki, humanitar yardım tikinti materiallarından ibarətdir:
“Altı yük dolu avtomobil və onları müşayiət edən iki avtomobil Xankəndinə çatacaq. Humanitar yardım silahlı münaqişədən əziyyət çəkən vətəndaşlar üçün nəzərdə tutulub”.
Qorelov əlavə edib ki, hərbi əməliyyatlar başa çatandan indiyə kimi Qarabağa 200 tondan çox humanitar yardım göndərilib. /sputnik.az/
araz.az xəbər portalı.