Rusiya Müdafiə Nazirliyi “İsgəndər” raketləri ilə bağlı açıqlama verib.
nazirliyin saytına istinadən xəbər verir ki, qurum Qarabağda bu raket kompleksinin tətbiq olunmadığını açıqlayıb.
“Qarabağda “İsgəndər-M” tətbiq olunmayıb. Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”- deyə açıqlamada deyilir.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan “İsgəndər” raketlərini Qarabağda döyüşlər zamanı tətbiq etdiklərini lakin raketlərin partlamadığını yaxud 10%-nin partladığını açıqlamışdı. /Unikal.org/
araz.az xəbər portalı.