Bu gün ABŞ-da yaşayan ermənilər Ermənistanın Baş Qərargah rəhbərliyinə dəstək mitinqi keçirəcəklər.
Bakuexo.az bu barədə erməni KİV-lərinin böyük həvəslə məlumat yaydıqlarını xəbər verir.
Bildirilir ki, aksiyada iştirak edəcək ABŞ vətəndaşı olan ermənilər Ermənistan hökumətinin rəhbəri Baş nazir Nikol Paşinyanın istefası (!) şüarı ilə mitinqə çıxacaqlar.
“Bu gün saat 17-də Qlendeyldəki konsulluq önündə keçiriləcək mitinqdə Ermənistan silahlı qüvvələrinə dəstəyimizi ifadə edəcəyik. Ermənistanın əsas xaininin həbsə atılmasını tələb edirik. Bütün mitinq tərəfdarlarından bu çağırışı yaymalarını və aksiyada fəal iştirak etmələrini xahiş edirik”-, deyə, təşəbbüs qrupunun açıqlamasında qeyd edilib.
Təccüblü olan budur ki, total şəkildə utopiyalarla zəhərlənmiş bu xalq (hər halda,istər İrəvanda,istərsə də ölkədən kənarda oxşar məsələlərlə bağlı danışanların hər biri xalqın adından danışır) 27 sentyabr müharibəsinin məntiqi nəticələrini həzm edə bilmədiyini göstərməklə, gerçəklikdən nə qədər uzaq düşdüyünü dərk etmir. Bu sərsəm “hayrapetlər” özləri də bilmədən Ermənistanda “vətənin naminə ayağa qalxmış” erməni siyasət dəllallarının arxasınca hara qədər gedəcəklərini fikirləşmək halında deyillər. Olmayan xəyali “Dənizdən-dənizə Ermənistan” dövlətinin “mövcud olduğu” zamanlarda ilişib qalan bu insan sürüləri doğrudanmı elə bilirlər ki, hakimiyyətdə “solyarka” oğrusu Serj Sarisyan və yaxud “zapçast” çırpışdırıb satmağı kar bilən, hazırda sərvəti 100 milyonlarla dollarla ölçülən Robert Koçaryan, yaxud hələ də I Qarabağ Müharibəsində “erməni ordusunun” qələbə qazandığına inanan Cazgen Manukyan olsaydı, 44 günlük müharibənin aqıbəti başqa cür olardı? Qədim “Tiqranakert”in bu günkü Əsgəranla Ağdamın arasında “yerləşdiyinə” inandırılan bu zavallı kütlə həqiqətənmi I Qarabağ müharibəsinin “qırmızısifət” süngülərin Ermənistana verdiyini bilmirlər? Ola bilər, onların böyük əksəriyyəti “şanlı erməni tarixi”nin niyə XIX əsrin əvvəllərindən onlara düşərsiz olduğunu bilmirlər. Onun da fərqində olmurlar ki, uzun əsrlər boyu Osmanlı imperiyasında yağ içində böyrək kimi bəslənən, o boyda imperiya tarixində iki baş nazir, çoxlu sayda nazirlərlə təmsil olunan, həmin imperiyanın ən zəngin təbəqəsində təmsil olunan ermənilər birdən- birə niyə gözdən düşdülər? Niyə əsrlər boyu Osmanlı sultan sarayında “millati- saddiqa” (sadiq millət) adlanan bu millət sonradan xəyanət simvoluna çevrildi? “Ağıllı və savadlı” olan “karapetlər” “Qırmızısifət” süngülərin Qafqazda, daha sonra Anadoluda iddiaları baş qaldırdığı tarixdən hesablamırlarmı olanları…? XIX əsrin sonlarında Tiflisdə “Daşnaksütyun”un, Avropada “HNÇAQ”-ın kimlərin aləti olduğundan xəbərsizdirlər bəlkə? Bəlkə lap yaxın vaxtların, 50 il əvvəlin “ASALA”sının nə məqsədlə yaradıldığını da bilmirlər…?
Bilməyib həmin oyunlara getdikcə bütöv bir milləti zəlil etdiklərinin fərqində olmayacaqlar…
Can onların, cəhənnəm tanrının, amma… Cəhənnəmə yoldaş gəzməsinlər bu adamlar! Gəzsələr də,elə Los- Anselosda, Marseldə axtarsınlar cəhənnəm yoldaşlarını…
Firuz Kazımoğli,
Bakuexo.az.
araz.az xəbər portalı.