bandicam 2021 02 26 22 23 17 077

Son günlər koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Bu artım bir çoxlarında yenidən sərtləşmə ehtimalı ilə bağlı fikirlər ortaya çıxarıb. Bu gün səsləndirilən fikirlərdən biri də Novruz bayramına kimi karantin rejiminin yenidən sərtləşdirilməsi ilə bağlıdır. Martın ikinci yarısından sonra Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Deputat Müşfiq Cəfərov bildirib ki, son iki günün koronavirusa yoluxanların statistikası ürəkaçan olmadı:

“Yoluxanların sayı sağalanlardan çox oldu. Ancaq vaksinasiya prosesi davam edir. Ümid edirik ki, vaksinasiya yoluxanların sayının artmasına imkan verməyəcək. 65 yaşdan yuxarı vətəndaşlarımız vaksinin iknci dozası da vurulub. Hazırda 50 yaşdan yuxarı insanların vaksinasiyasına başlanılıb. Ümid edək ki, gündəlik yoluxanların sayı azalmağa doğru getsin. Əgər yoluxanların sayı artmasa və stabil qalsa sərtləşmə olmayacaq. Ona görə də maskadan düzgün istifadə və qaydalara əməl etmək vacibdir. İnsanlarımız qaydalara əməl etməlidir ki, Novruz bayramına qədər yenidən sərtləşmələr olmasın”.(sonxeber.az)

araz.az xəbər portalı.