Prezident Yanında Əfv Məsələləri Komissiyasının iclaslara başlaması Novruz bayramında əfv sərəncamının imzalanacağı barədə fikirləri qətiləşdirib.
Hər əfv sərəncamı ərəfəsində həbsdə olan məşhurlardan kimlərin əfvə düşəcəyi barədə suallar müzakirə olunur.
Azərbaycanın işğal altında olan torpaqlarını azad etməsi və müharibədə milli birliyin olması həbsdə olan bəzi “ömürlük”lərin azadlığa çıxacağına ümid yaradıb.
Yeri gəlmişkən, 25 ilə yaxındır ki, Qobustanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan keçmiş “OMON”çu Elçin Əmiraslanov da ali baş komandana məktub yazaraq, müharibəyə getməyə hazır olduğunu deyib.
Prezidentin rəsmi saytının bu məktubu dərc etməsi isə Elçin Əmiraslanovun azadlığa qovuşacağına dair inam yaradıb.
Qeyd edək ki, Elçin Əmiraslanov öz müraciətində bunları yazıb:
Hörmətli cənab Ali Baş Komandan!
Bu tarixi gün münasibətilə Sizi, xalqımızı ürəkdən təbrik edirəm. İnanıram ki, Sizin rəhbərliyiniz altında yaxın vaxtlarda Şuşada, Ağdamda, Xankəndidə, bütün işğal olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanacaqdır.
Biz keçmiş döyüşçülər günü bu gün də Vətən yolunda Sizin rəhbərliyiniz altında, qanımızdan, canımızdan keçməyə hazırıq. Sizin siyasi kursunuzu, hərbi siyasətinizi dəstəkləyir və alqışlayırıq.
Cənab Ali Baş Komandan, elə başa düşülməsin ki, mən özümü kənarda qoymaqla azadlığa nail olmağımızı istəyirəm. Sizə çox məsuliyyətlə bildirirəm ki, Vətən uğrunda canımı, qanımı belə verməyə hazıram.
Bu çətin, lakin şərəfli işinizdə Tanrı Sizə və millətimizə yar olsun!
Gununsesi.info
araz.az xəbər portalı.