2020 10 11 155055

Nijni Novqorod şəhərində brenq məhsulların satışı ilə məşğul olan Pull&Bear mağazasında azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb. Bu barədə Bizimyol.info-ya Nijni Novqorod şəhərində yaşayan soydaşlarımız məlumat veriblər.

Nijni Novqorod sakini, azərbaycanlı gənc Elcan İsmayılov Azərbaycan və Türkiyəyə qarşı hörmətsizlik etdiyinə görə mağazanı və onun erməni satıcısını üzr istəməyə məcbur edib. Mağazanın əməkdaşları üzərində mağazanın adı, fəaliyyət göstərdikləri ölkələrin adı və həmin ölkələrdəki ünvanlar barədə məlumat əks etdirən köynəklər geyinirlər. Mağazanın erməni əsilli satıcısı isə əyninə geyindiyi köynəyin üzərində Azrbaycan və Türkiyə adlarının üzərindən qara xətt çəkib. Bu məqam mağazaya alış-verişə gəlmiş azərbaycanlı gəncin diqqətini cəlb edib və o həmin gəncdən bunun səbəblərini soruşub. Satıcı milliyyətcə erməni olduğunu və Qarabağ savaşında çoxlu qohumlarının öldüyünə görə Azərbaycana, Türkiyəyə nifrət etdiyini bildirib. Elcan İsmayılov cavab olaraq bildirib ki, Rusiya çoxmillətli ölkədir, bu ölkədə azərbaycanlılar da ermənilər qədər haqq sahibidirlər və bu kimi hallar yolverilməzdir. Müharibədə özünün də azərbayanlı qohumlarının şəhid olduğunu deyən gənc bu hərəkəti ölkəsinə və qardaş Türkiyəyə qarşı təhqir kimi qiymətləndirib . Odur ki, erməni gəncdən və mağazadan dərhal bu hərəkətə görə üzr istəməyi tələb edib. Məsələyə mağaza rəhbərliyi, hətta daha sonra mağazanın Moskvadakı baş ofisi qarışmalı olub. Bu gün erməni gəncin şifahi və yazılı formada üzr istədiyi bildirilib.

Azərbaycan və Türkiyəyə qarşı hörmətsizlik edən erməni

Qeyd edək ki, 27 yaşlı Elcan İsmayılovun əsli Azərbaycandan olsa da, o Rusiyada doğulub və böyüyüb. Rusiya vətəndaşıdır. Hüquqşünasdır. Azərbaycana çox az gəlsə də, ölkəsinə qırılmaz tellərlə bağlıdır və hər zaman hər yerdə azərbaycanlı olduğunu fəxrlə dilə gətirir.

araz.az xəbər portalı.