2000-ci ilin dekabrında Qarabağ münaqişəsi ilə bağlı kitabı (daha sonra “Qara bağ” adlandırıldı) üçün materiallar toplayarkən, Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaal o zaman Ermənistanın müdafiə naziri, hazırda isə sabiq prezident Serj Sarkisyandan müsahibə alıb.
Bu barədə Modern.az Tomas de Vaalın qeydlərinə istinadən xəbər verir.
Onun sözlərinə görə, S.Sarkisyan Xocalı hadisələri barədə suala cavab verərkən “bu məsələdə çox şeyin şişirdildiyini” bildirib, lakin dinc azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi faktını inkar etməyib.
Müəllif bildirir ki, müsahibə zamanı S.Sarkisyan deyib:
“Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu. Onu da nəzərə almaq lazımdır ki, onlar arasında Bakıdan, Sumqayıtdan qaçanlar da var idi”.
Özünün qeydlərində T. de Vall qeyd edib ki, söhbətin özündə, şübhəsiz ki, bu mürəkkəb münaqişənin gedişatını izləyənləri maraqlandıracaq bir çox başqa şərh və fakt var.
araz.az xəbər portalı.