erzaq

 

Dünya ərzaq qiymətləri son altı il ərzində maksimum səviyyəyə çatıb və bu bahalaşma bir sıra ölkələrə daha çox təsir göstərəcək.

araz.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, Rusiya, Braziliya, Türkiyə, Hindistan və Nigeriya kimi “qaynar nöqtələr”də ərzaq bahalaşmasının nəticələri daha ciddi olacaq. Bu, onunla izah olunur ki, bu ölkələrin sakinləri istehlak səbətinin böyük hissəsini yeməyə sərf edirlər.

Agentlik ərzaq qiymətlərinin artması səbəbləri arasında Çin tərəfindən tələbatın artması, əlverişsiz hava şəraiti və məhsulların tədarük zəncirinin zəifliyini göstərib. /Axar.az/

araz.az xəbər portalı.