Gürcüstan hava sərhədlərini Azərbaycan vətəndaşları üçün açıb.
araz.az xəbər verir ki, Azərbaycan vətəndaşları martın 1-dən etibarən neqativ PCR testi ilə Gürcüstana hava yolu ilə səyahət edə biləcəklər.
Gürcüstan, eyni zamanda Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarının da ölkəyə səyahət qadağasını ləğv edib.
Gürcüstana gedəcək Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq. Gürcüstanda qalacaq Azərbaycan vətəndaşları 3 gündən sonra öz hesablarına PCR testindən keçməli olacaqlar.
Qeyd edək ki, quru sərhəd-keçid məntəqələrində məhdudiyyətlər qüvvədə qalacaq. Gürcüstan hökuməti quru sərhədlər vasitəsilə sərbəst gediş-gəlişə tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır. Qonşu ölkəyə quru sərhədlərdən koronavirusa qarşı vaksinasiyanın hər iki mərhələsindən keçən istənilən ölkənin vətəndaşları daxil ola bilərlər. /Cebhe.info/
araz.az xəbər portalı.