11 dekabr 2017-ci il tarixində Neftçala Şorkənd kəndində şəhid ailəsinin evi yanaraq istifadəsiz hala düşüb. Bu barədə redaksiyamıza şəhidin qardaşı Bayram Mayılov məlumat verib.
Onun sözlərinə görə, 1992-ci ildə Qarabağ döyüşlərində həlak olmuş qardaşı Mayılov Failə məxsus ev dekabr ayında bütövlükdə yanıb. O, Neftçala Rayon İcra Hakimiyyətinə müraciət etsə də hələ də üç uşağı ilə birgə müvəqqəti olaraq digər qardaşının evində yaşadığını deyir. B.Mayılov bildirib ki, Neftçala Rayon İcra Hakimiyyətinin müavini ilə yanğından 15 gün sonra görüşüb sonra Şorkənd kənd bələdiyyəsinə müraciət edib. Lakin, Şorkənd kənd İcra Nümayəndəliyindən şəhid ailəsinə lazım olan maliyyə vəsaitinin olmadığı deyilib.
“Milli Məclisin deputatı Fəzail Ağamalıya müraciət etsəm də, o kömək etmədi. 2018-ci il 20 yanvar tarixində mənə zəng edərək dedi ki “20 yanvar matəmini yola verək, sonra kömək göstəriləcək”. Hələ ki evimin bərpası üçün heç bir maddi kömək göstərilməyib. Neftçala Rayon İcra Hakimiyyətinin ərazi nümayəndəliyindən də kömək istəmişəm. Məni kənd bələdiyyəsinə göndərirlər. Kənd bələdiyyəsi isə mənə kömək edə bilməyəcəyini bildirdi. Evimi bərpa etmək üçün maddi imkanım yoxdur. Üç uşaqla birgə qardaşımın evində qalıram. O evinə qayıtdıqdan sonra harada yaşayacağımız bəlli deyil. Fövqəladə Hallar Nazirliyinin hesablamasına əsasən, evin yenidən bərpa edilməsi üçün 20 min manata yaxın vəsait lazımdır. Tikinti materialı mağazasından borc alaraq yalnız evin üzərini bərpa etməyə imkanım çatıb. Ev şəhid qardaşım Fail Mayılovun adınadır. O, 1992-ci ilin sentyabrında Qarabağ müharibəsi zamanı döyüşlərin birində şəhid olub”. – Mayılov Bayram deyib. sonxeber.az
[bt_youtube url=”https://youtu.be/bWNBPHyaD4I” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]araz.az xəbər portalı.