ABŞ-ın Corciya ştatında “Canavar adası” çimərliyində balıq ovuna çıxan ata və oğul qəribə canlı aşkar ediblər.
Biosfer.az xəbər verir ki, bu barədə “The Sun” yazıb.
Atanın sözlərinə görə, oğlu ilə birlikdə qayıqda üzərkən sahildə uzunluğu təxminən 2 metr olan qəribə varlıq görüblər. Daha yaxından baxmaq üçün sahilə yaxınlaşanda uzun quyruqlu, iki üzgəci və balaca başı olan varlığın cəsədi ilə qarşılaşıblar.
Mütəxəssislər də bu məxluqun hansı növə aid olduğunu müəyyən edə bilməyiblər.
Hal-hazırda varlığın fotosu turistlərin regiona cəlb olunması üçün reklam kimi istifadə olunur.
araz.az xəbər portalı.