“Açıq Cəmiyyət”in banilərindən Karl Popper: “Heç bir güc tətbiq etmədən, dinc yolla hakimiyyətlərin dəyişməsinə nail olmalıyıq…”.
ABŞ ötən əsrin ikinci yarısında Şərqi Avropa ölkələrində baş verən məxməri inqilabları müxtəlif rənglər altında Mərkəzi Avropaya, oradan da Cənubi Qafqaza və Asiya ölkələrinə qədər “ixrac” edə bilmişdi. Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze 2003-cü ildə “Qızılgül” inqilabı nəticəsində hakimyyətdən gedənə qədər Azərbaycan cəmiyyətinə “Açıq cəmiyyət” ideologiyası bir o qədər də aydın deyildi.
SOROS pul, FETÖ isə təhsil verir…
Plan mürəkkəb və “sadə”dir: ölkənin etirazçı kütləsi – siyasi təşkilatlar və ictimai-siyasi sfera qrantlardan asılı hala gətirilir, etiraz platforması bu sferaya daxil olan şəxslərdən formalaşdırılır. Digər tərəfdən, həmin ölkənin təhsil sistemində yüksək intellekt tətbiq olunur, təhsil müəssisə və şirkətləri açılır. Yüksək təhsilli şəxslər dövlətin ən üst qurumlarında məsul vəzifələrə çəkilir, güc strukturlarında, xüsusi xidmət orqanlarında mühüm postlara gətirilir, dövlətin müxtəlif qandlarında önəmli vəzifələrə yerləşdirilirlər və ölkənin media sahəsində çoxsaylı tribunalar qazanırlar. Bir müddət sonra isə hakimiyyət müxtəlif üsuallarla yola salınır. Amma məlum etirazçı kütlə, qrantlardan asılı hala salınan müxalifət yox, tamamilə fərqli qüvvələr hakimiyyətə gətirilir.
Daha aydın və açıq olmayan heç nə yoxdur: dünyada mürəkkəb oyunların mahir qurucusu ABŞ ölkələrə iki yolla daxil olur: SOROS fondu (Açıq Cəmiyyət İnstitutu) və FETÖ vasitəsilə! SOROS dünya ölkələrinə (hazırda 70-dən artıq) demokratiyanı, hamının hüquqlarının bərabər qorunduğu ictimai modeli, vətəndaş cəmiyyətini dəstəkləmək adı altında qrantlar vasitəsilə, FETÖ isə yüksək təhsil və təlimlər verən müəssisələr vasitəsilə daxil olur. Daha hakimiyyətləri güc yolu dəyişmək doğru yol hesab olunmur. “Sivil” və “dinc” inqilablar ABŞ siyasətinin prioritetini təşkil edir. Açıq Cəmiyyət İnstitutunun ölkədə “demokratiya”nın inkişafına yatırılan qrantlarına, verilən vədlərə hər nə qədər uyuruqsa, bir o qədər də ayberqin görünməyən tərəflərindən xəbərsiz qalırıq. Açıq Cəmiyyət İnstitunun sahibi Corc Soros deyirdi: “SOROS fondunun ölkələrdə, eləcə də, post-sovet ölkələrində xeyriyyə qurumları yaratmaqda əsas məqsədi zorakılığa yol vermədən demokratiyanı bərpa etməkdir”. Açıq cəmiyyət ideologiyasının banilərindən Karl Popper ölənə qədər – 1994-cü ilə kimi müxtəlif ölkələrdə hakimiyyətin heç bir güc olmadan devrilməsi ilə bağlı nəzəriyyələr hazırlayırdı. Əslində isə qanlı aksiyalar həyata keçirilirdi. 2004-2005-ci illərdə Ukraynada, Qırğızıstandakı “narıncı” və “lalə” inqilabları həm də ABŞ-ın SOROS başda olmaqla, “xeyriyyə” qurumlarının fəaliyyətinin, qrantlar nəzəriyyəsinin məntiqi nəticəsi idi. Digər tərəfdən, Rusiyanı öz təsir dairəsində saxlaya bilirdi: Gürcüstan, Ukrayna və Qırğızıstandakı hadisələrə qədər SOROS Rusiyada mərkəzlər açmış, 100 milyon dollar vəsait xərcləyərək 40-a yaxın internet və təhsil müəssisəsi açmışdı. Şevarnadze hakimiyyətdən gedən kimi SOROS Rusiyadakı mərkəzlərini də dərhal bağlamışdı. Nəticədə isə demokratiya pərdəsi adı altında həyata keçirilən inqilablar bu ölkələrə firəvanlıq və həqiqi demokratiya gətirmədi.
Türkiyə çox fərqli idi, burada əsas məqsəd təkcə hakimiyyəti dəyişmək yox, həm də 1923-cü ildən bu günə qədər hərbi-siyasi dövlət olan Türkiyənin sütunlarını məhv etmək idi, siyasi-teoktarik dövlət qurmaq idi. Ona görə də ssenaridə güc tətbiqi qaçılmaz idi. Proses paralel şəkildə aparılırdı. 2013-cü ildə Türkiyədə “Gezi hərəkat” adlı məşhur etiraz aksiyalarını SOROS maliyyələşdirirdi. Artıq gec idi, 2016-cı ildə ABŞ-ın “mədəni işğal” layihəsinin FETÖ qanadı Türkiyədə dövlət çevrilişini həyata keçirməyə cəhd etdi. Daha sonrakı hadisələr çətin bağları çözdü və 2018-ci ildə Ərdoğan deyirdi: “Corc Soros dövlətləri dağıtmaqla məşğuldur. Bu hadisələri maliyyələşdirən bir nəfərdir, məşhur macar yəhudisi Soros. Bu adamın külli miqdarda pulu var və həmin pulları xalqlar arasında ədavət salmağa, dövlətləri dağıtmağa sərf edir”. Təbii ki, SOROS özbaşına deyil, bu fondun da, Corcun da əsl sahibi ABŞ-dır. ABŞ dövlət olaraq müxtəlif ölkələrə birbaşa daxil olmur, müxtəlif fondlar, xeyriyyə qurumları və təşkilatlar vasitəsilə bu işin öhdəsindən gəlir.
Ortada “müəmmalı”, ağıllı, çətin olduğu qədər də asan və haqlı suallar var: SOROS və FETÖ bütün ölkələrdə planlarını reallaşdırmağı bacardı. Nəticəli, yaxud nəticəsiz! Düzdür, SOROS Fondu ölkəmizdə bağlanıb. Bəs Azərbaycan bu “obyektiv”in harasındadır?
FETÖ hökumətlərdə özünə qarşı inam və etimad yaratmaq üzrə ustadır!
SOROS fondunun 2015-ci ilin yanvarında Azərbaycanla bağlı verdiyi bəyanatda deyilirdi: “Azərbaycana vətəndaş cəmiyyətinə təzyiqləri azaltmağa, xeyriyyə təşkilatlarının təqibinə on qoymağa çağırırıq. Hakimiyyət apreldə Açıq Cəmiyyət İnstitutunu da hədəfə alıb, qurumun yerli bank hesabını dondurub, kompüterlərini müsadirə edib, keçmiş əməkdaşlarını dindirib. Hər hansı nöqsanlar barədə iddiaları rədd edirik”.
Deməli, Azərbaycan dövləti hələ 2015-ci ildə SOROS-un və FETÖ-nun mahiyyətini anladığı üçün addımlar atmalı olub. Maliyyə verdikləri jurnalistlərə, siyasilərə olan təzyiqlər isə SOROS-un əlində tutduğu yalançı bayraqdır. Onların əsas narahatlıqları Azərbaycan dövlətinin SOROS-un və FETÖ-nun bölücülük fəaliyyətini düzgün anlayıb nəticələr çıxarmasıdır.
Coğrafi baxımdan Rusiya ilə qonşu olmağımız SOROS-un Azərbaycanla bağlı planlarının iflasa uğramasının əsas səbəblərindən biridir. Bunun müxtəlif səbəbləri də var. Hər halda Putin mürəkkəb oyunlarla FETÖ-nun regiondakı məkrli planlarını ertələməyi (?) bacarıb.
Ancaq situasiya dəyişib. Ermənistanın hazırkı hakimiyyəti SOROS-un təsiri altında formalaşıb.
Ermənistandakı prosesləri ciddi şəkildə izləmək və nəticələr çıxarmaq olduqca vacibdir. Əgər Paşinyan qalacaqsa, o zaman onun mövcudluğunu qoruyub saxlayan amillər təhlil olunmalıdır.
ABŞ regionda sərhədlərimizə bir az da yaxınlaşıb. Qarabağda isə müharibə başlayıb, bitib və yeni reallıqlar yaranıb. Azərbaycan dövlətinə SOROS-la bağlı qaranlıq məqamlar qalmadığına görə, plan FETÖ üzərindən aparılır.
Bəs nələrə diqqət etməliyik? FETÖ:
– Xarici dövlətlərin tender şirkətləri kimi Qarabağa daxil ola bilər
– Müharibənin fəsadlarının aradan qaldırılması, Qarabağın bərpası ilə bağlı müxtəlif dövlətlər, şirkətlər və şəxslər vasitəsilə “inkişaf” təklifləri verə bilər
– Xarici investisiyaların Qarabağa, ölkənin digər ərazilərinə cəlb ediməsi ilə bağlı mühüm iqtisadi-siyasi əlaqələrin qurulması ilə bağlı real təkliflər verə bilər
– Müharibədən sonra miqyası genişlənən informasiya savaşında Azərbaycana dəstək adı altında özlərinə yaxın beynəlxalq media resurslarını təklif edər və bununla da, yerli resursların yaradılmasını da zərurətə çevirə bilər və s.
Məncə, Bakı qədər Qarabağ da FETÖ-nun planlarından qorunmalıdır. 2023-cü ildə Türkiyədə, 2024-cü ildə isə Rusiyada prezident seçkiləri keçiriləcək. Əgər Ərdoğan və Putin hakimiyyətdən gedəcəklərsə, o zaman regionda “xəritə”lər də dəyişəcək. Bu zaman diqtə edən Qərb olacaq, Qərbin diqtə riçaqlarından biri kimi FETÖ-nun ölkədəki resrusları işə salınacaq. Maraqlıdır ki, FETÖ-nun ölkələrdəki hakimiyyət dəyişikliklərinin konturları bir müddət qaranlıq qalır, ad, imza çəkilmir, dövriyyədə heç bir kəsin adı olmur. Sadəcə sistem işləyir.
Azərbaycanın bütün addımları həm də Ərdoğan və Putindən sonrakı dönəmə hesablanmalıdır. FETÖ-nun əsas məqsədi ölkələrdə hakimiyyətləri “sivil” yolla dəyişib “xarakteristik demokratiya”, siyasi-teokratik(dini) dövlət yaratmaqdır. Bu isə dövlətin bölünməsi, xalqın milli təfəkkürünün, dövlətçilik ənənəsinin dağıdılması deməkdir. Qısası, “səssiz və mədəni işğal” hadisəsidir.
Samir FEYRUZOV
araz.az xəbər portalı.