1614605682 hyt

Son bir neçə gündür ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində baş verən bəzi hoqqalar haqda lazımi məlumatları əldə etdikdə bəlli olur ki, səndemə bu rayonun bir çox idarə, müəssisə və təşkilatlarında və s. “it yiyəsini tanımır”. Baxmayaraq ki, bir tərəfdə ölkə rəhbəri cənab İlham Əliyev vəzifə sahibi olan hər bir şəxsə lazımi tapşırıqlıarını verir, digər tərəfdə isə, həmin şəxslər öz bildikləri ilə məşğul olurlar. Məsələn, cənab Prezident dəfələrlə vurğulayıb ki, rəhbər vəzifə sahibi olanlar sosial problemlərlə üz-üzə qalan şəxslərə, ələlxüsus veteranlara, qazilərə, şəhid ailələrinə, həmçinin digər imtiyaz sahibi olanlara diqqət və qayğı göstərməli, həmin şəxslərə məxsus problemlərin həllinə də çalışmalıdırlar. O halda sual oluna bilər ki, görəsən nə baş verir ki, Nəsimi rayonu ərazisində yaşananlar hər cür “əndazəni aşır”, sakinlərin haqlı narazılıqları “pik nöqtə”yə çatır. Səndemə bu rayonun ərazisində baş qaldıran bir çox narazılıqların “baiskar”larından biri də, hazırda Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis əvəzi vəzifəni icra edən Axundov Nizami Əhməd oğludur. Belə ki, redaksiyamıza daxil olan müəyyən məlumatlara görə, bu şəxs rayonun Moskva prospekti və Asif Məhərrəmov küçəsində yerləşən 35 və 89 saylı binalarında təmir-bərpa işləri həyata keçirtdirir və olmazın maxinasiyalara imza atmaqdan da “ləzzət alır”.

Qeyd edək ki, hər iki binada 44 gün davam edən Vətən müharibəsində iştirak edib canını, qanını vətən yolunda qurban verən qəhrəmanlarımızın ailələri yaşadığından, hər iki binada təmir-bərpa işlərinin həyata keçirilməsi rayon rəhbərliyinin diqqətində olsa da, zamanında heç bir addım atılmır. Belə olan halda şəhid ailələrinin icra başçısı Asif Əsgərova kəskin narazılıqlarını ifadə edirlər ki, bu da rayon rəhbərliyini müəyyən addımlarını atmağa sövq edir. Yəni, o, belə bir işlərin həyata keçirilməsini Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə həvalə edir. Çox keçmir ki, bu qurumda rəis əvəzi vəzifəni icra edən Nizami Axundov isə, müəyyən “kombinasiyalar”a qol qoyur. Yəni, o, sakinlərin yaşadıqları binaların üstündəki iritutumlu çənlərlə “bazarlıq etməyə” başlayır. Hələ, bu harasıdır? Çatdırılan məlumatlara görə o, təmir-bərpa işlərinə cəlb etdiyi fəhlələri hansısa ünvanlardan daşıyıb gətirir və həmin şəxslərlə heç bir əmək müqaviləsi bağlamır. Binaların yan və üst hissələrində iş görən şəxslər, hətta heç bir texniki təhlükəsizlik qaydalarına da riayət etmirlər. Bundan əlavə, Nizami Axundovun verdiyi tapşırıqlar əsasında Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ştat cədvəlində olan və rayon ərazisində yalnız təmizlik işləri görməli olan şəxsləri, məhz tikinti işlərinə cəlb edirlər. Elə ki, bu və digər məsələlərlə bağlı adı çəkilən bu şəxsə sual verib cavab əldə etmək istəyirsən, o halda o, “Hələ Nəsimi MKTB-nə rəis təyin olunmayıb. Mənim də çalışdırığı bu quruma Nəsimi RİH-nin başçısı Asif Əsgərov və Bakı şəhər MKTB-nin rəisi Rəfail Mehrəliyev elə bir formada müdaxilə edirlər ki, burada “it yiyəsini tanımır” dedikdə, sanki şoka düşməli olursan. Çünki, hələ Nəsimi MKTB-nə rəis vəzifəsinə sahib olmayan bu şəxsin hər iki vəzifə sahibini belə bir formada ittiham etməsi, məhz ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Deməli, …

araz.az xəbər portalı.