1575443357547 HQrSds3v

Avropa Birliyi müxalifət lideri Aleksey Navalnı ilə bağlı yaranmış vəziyyətə görə Rusiyaya yeni sanksiyalar tətbiq edib.

Cebhe.info-nun məlumatına görə, saanksiyalar fərdi xarakter daşıyır.

Qeyd olunur ki, Rusiyanın Baş prokuroru İqor Krasnov, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, Rusiya Qvardiyasının rəisi Viktor Zolotov və Federal Penitensiar Xidmətin rəhbəri Aleksandr Kalaşnikov da daxil olmaqla, yüksək vəzifəli məmurlar sanksiyalara məruz qalıb.

Almaniya televiziyasının verdiyi məlumata görə, sənəd artıq qəbul olunub və tezliklə rəsmi olaraq yayımlanacaq.

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəyə qarşı sanksiyaları təsirsiz adlandırmışdı.

Müşfiq Abdulla
Cebhe.info

araz.az xəbər portalı.