Vaxtilə azərbaycanlı qonşularını qovan Qarabağ erməniləri ötən payızda İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra özləri qaçqın kimi çətin vəziyyətə düşüblər.
araz.az “Vesti Kavkaza”ya istinadən xəbər verir ki, BMT-nin sifarişi əsasında 2021-ci il yanvarın 22-dən aparılan tədqiqatlar göstərir ki, “qaçqın vəziyyətində olan” erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15% isə ya Dağlıq Qarabağın iri şəhərləri – Xankəndi və Xocavəndə, yaxud da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.
Eyni zamanda, erməni qaçqınlarının 60%-nin başlıca qida mənbəyi birbaşa paylanan qidalardır. Münaqişənin nəticələrinə görə, onların 43%-nin uşaqlarının, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-nin təhsil almaq imkanı yoxdur.
Qaçqınların 73%-dən çoxu, eləcə də onlara ev sahibliyi edənlərin 49%-nin sözlərinə görə, münaqişə onların qida əldə etmək imkanlarını məhdudlaşdırır. Qaçqın ailələrinin təxminən 14%-i, qaçqınları qəbul edən ev sahibləri olan ailələrin isə 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir. Nəticədə, onlar qida rasionlarını azaltmaq məcburiyyətində qalırlar.
Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan razılaşma çərçivəsində rus sülhməramlılarının yerləşdirilməsinə başlanandan bəri 50 mindən çox erməni bölgəyə qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70% -i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər.
araz.az xəbər portalı.