Düz bir il əvvəl mart ayında iki qardaş ölkənin mədəni həyatında çox əlamətdar bir hadisə – İstanbulda yerləşən, dünyanın ən iri İslam mədəniyyəti nümunələrinin saxlandığı Türk və İslam Əsərləri Muzeyində qədim və nadir Azərbaycan xalçalarının sərgisinin açılışı keçirildi. Muzeydən araz.az-a daxil olan məlumata görə, bu sərgi Azərbaycan Milli Xalça Muzeyinin yaranmasının 53-cü ildönümü və Azərbaycan xalça sənətinin UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunub.
Qeyd edək ki, “Türk və İslam Əsərləri Muzeyi kolleksiyasından Azərbaycan xalçaları” layihəsini Azərbaycan Milli Xalça Muzeyi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində reallaşdırır. İki ölkə muzeyləri arasında həyata keçirilən bu ilk layihənin əsas məqsədi Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasında qorunub saxlanılan Azərbaycan xalçalarının elmi atribusiyası sahəsində tədqiqatın aparılması, onun əsasında kataloqun hazırlanması və nadir xalça nümunələrinin sərgisinin təşkilindən ibarət olmuşdur.
Dünyanın aparıcı xalça mütəxəssisləri və ekspertləri tərəfindən böyük maraqla qarşılanan və artıq bir ildir ki davam edən sərgidə Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasındakı XVII-XIX əsrlərə aid on iki ədəd nadir Azərbaycan xalçası nümayiş olunur. Onların arasında Azərbaycan xalçaçılığının unikal qoluna aid “Xətai” (“Əjdahalı”) və “Çələbi”, özünün mükəmməl bədii ornamentlərində Qarabağın gözəlliyini əks etdirən “Qoca” və qədim türk tayfalarının simvolları olan damğalarla bəzədilmiş “Dağkəsəmən” xalçaları da var. Sərgidə, eyni zamanda, muzeyin kolleksiyasındakı Azərbaycan xalçaları yenilənmiş atribusiya mətnləri ilə də təqdim olunur.
Sərgi ilə yanaşı, nəfis şəkildə “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” kitab-kataloqu da nəşr edilmişdir. Türk və ingilis dillərində hazırlanan nəşr nəinki Türkiyə ictimaiyyətində, eyni zamanda bütün dünya xalça mütəxəssislərində Azərbaycan xalçaları haqqında geniş və dolğun məlumatın yaranmasına xidmət edir.
Sonda bütün sənətsevərləri, xüsusən də Türkiyədə yaşayan və ya səfərdə olan həmvətənlərimizi sərgimizi ziyarət etməyə dəvət edirik.
*****
Азербайджанские ковры из коллекции Музея турецкого и исламского искусства
Ровно год назад в марте, в культурной жизни двух братских стран произошло знаменательное событие – в Стамбульском Музее турецкого и исламского искусства, в котором хранится большинство образцов культуры исламского искусства, состоялось открытие выставки древних и редких азербайджанских ковров. Выставка приурочена к 53-й годовщине Азербайджанского национального музея ковра и десятилетию включения азербайджанского традиционного коврового искусства в Репрезентативный список нематериального культурного наследия ЮНЕСКО.
Отметим, что Азербайджанский национальный музей ковра реализует проект «Азербайджанские ковры из коллекции Музея турецкого и исламского искусства» в рамках Государственной программы по сохранению и развитию коврового искусства в Азербайджанской Республике на 2018-2022 годы. Главными целями этого первого проекта, претворяемого в жизнь между музеями двух стран, являются проведение исследований в сфере научной атрибутики азербайджанских ковров, хранящихся в коллекции Музея турецкого и исламского искусства, составление на их основе каталога и организация выставки редких образцов ковров.
На выставке, продолжающейся вот уже год и встреченной с большим интересом ведущими мировыми специалистами и экспертами по коврам, демонстрируется двенадцать редких азербайджанских ковров XVII-XIX вв. из коллекции Музея турецкого и исламского искусства. Среди них – ковры «Хатаи» («Драконовый») и «Челеби», относящиеся к уникальной ветви азербайджанского ковроткачества, ковры «Годжа», отражающие красоту Карабаха в его совершенных художественных орнаментах, а так же ковры «Дагкесемен», украшенные тамгами (клеймами) древнетюркских племен. В то же время, азербайджанские ковры из коллекции музея представлены на выставке с обновленными текстами атрибуций.
Наряду с выставкой, также была издана изысканно оформленная книга-каталог «Азербайджанские ковры из коллекции Музея турецкого и исламского искусства». Издание на турецком и английском языках призвано обеспечить всестороннее и полное освещение азербайджанских ковров для турецкой публики и в то же время для мировых специалистов по коврам.
И наконец, мы приглашаем ценителей искусства, особенно наших соотечественников, проживающих или находящихся с визитом в Турции посетить нашу выставку.
*****
Azerbaijani Carpets from the Museum of Turkish and Islamic Arts Collection
One year ago, the Azerbaijan National Carpet Museum (ANCM) and the Museum of Turkish and Islamic Arts (TIEM) in Istanbul opened the exhibition of ancient and rare Azerbaijani carpets preserved in the TIEM collection. This exhibition is a very significant event in the cultural life of the two brotherly countries. The event was dedicated to the Azerbaijan National Carpet Museum’s 53rd anniversary and the 10th anniversary of the inclusion of the Traditional Art of Azerbaijani Carpet Weaving within the UNESCO Representative List of Intangible Cultural Heritage of Humanity.
Notably, this project, the first collaboration between the museums of Azerbaijan and Turkey was organized as part of the State Program for the Protection and Development of Carpet Art in the Republic of Azerbaijan for 2018-2022. The project included the study of the scientific attribution of Azerbaijani carpets stored in the collection of the Museum of Turkish and Islamic Arts, the publication of a catalog, and the organization of an exhibition.
Twelve rare 17th–19th-century Azerbaijani carpets from the collection of TIEM are still on display. The exhibition aroused great interest among the world-leading carpet specialists and experts. Khatai (Dragon) and Chelebi carpets representing a unique branch of Azerbaijani carpet weaving, Goja carpet reflecting the beauty of Karabakh in its perfect artistic ornaments, and Daghkasaman carpet decorated with tamgas, symbols of ancient Turkic tribes are among the exhibits.
As a result of the research, the ANCM and the TIEM published the catalog Azerbaijani Carpets from the Museum of Turkish and Islamic Arts Collection. The publication in Turkish and English is intended to provide comprehensive and complete coverage of Azerbaijani carpets for the Turkish public and world carpet specialists.
We invite all art lovers, especially our compatriots in Turkey, to visit TIEM and enjoy this exhibition!
araz.az xəbər portalı.
araz.az xəbər portalı.