Türkiyə mediasında prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf partiyasının sədrliyindən gedəcəyi barədə iddialar yer alıb.
GUNinfo.az -ın məlumatına görə, hakimiyyətə yaxınlığı ilə bilinən “Hurriyet” qəzetinin əməkdaşı Əbdülqədir Selvi bildirib ki, əslində bu iddialar bilərəkdən ortaya atılıb. Məqsəd hakim partiya ilə dövlət başçısı arasında olan bağları qoparmaqdır.
“Ərdoğan üçün tələ qurulur” deyən Selvi, dövlət başçısının partiya sədrliyi postundan getmək fikrində olmadığını vurğulayıb. Onun sözlərinə görə, bununla belə mart ayında Ədalət və İnkişaf partiyasında ciddi dəyişikliklər gözlənilir. Yeni təyinatlar martın 24-də baş tutacaq hakim partiyanın ümumi toplantısında açıqlanacaq.
GUNinfo.az
Sevinc
araz.az xəbər portalı.