bundestaq

Almaniya parlamenti Bundestaq müstəntiqlər axtarış apara və dəlil toplaya bilsin deyə hakim Xristian-Demokrat İttifaqı koalisiyasının təmsilçisi Aksel Fişerin (Axel Fischer) toxunulmazlığını ləğv edib.

Münhen Baş Prokurorluğunun və Federal Ədliyyə Nazirliyinin tövsiyəsi əsasında hazırlanmış qərar layihəsi plenumda yekdilliklə qəbul olunub.

Almaniyanın DW nəşrinin iddiasına görə, bu qərar Aksel Fişerin Azərbaycan hakimiyyətinin xeyrinə lobbiçilik fəaliyyəti və bu xüsusda ona qarşı irəli sürülən ittihamlarla bağlıdır.

Almaniyanın nüfuzlu informasiya agentliyinin – DPA-nın (Deutsche Presse-Agentur) sorğusuna cavab olaraq Münhen Baş Prokurorluğu istintaqın rüşvət almaq şübhəsi üzrə aparıldığını bildirib.

İstintaq dəlilləri əsasında müxtəlif şəhərlərdə, o cümlədən Berlində 6 obyektdə, həmçinin deputat ofislərində, yaşayış yerlərində axtarış aparıldığı açıqlanıb.

Eyni zamanda Bundestaqın hazırki və keçmiş deputatlarına qarşı digər istintaq hərəkətləri aparılıb. Bu şəxslərin hamısı Avropa Şurası Parlament Assambleyasında Almaniyanın nümayəndə heyətinin üzvləri olub.

Prokurorluğun bəyanatında deyilir:

Onlara qarşı ittihamlar arasında 2008-2016-cı illərdə Azərbaycandan İngiltərədəki saxta şirkətlər vasitəsilə pul almaları da var”.

Əməliyyatda prokurorluğun və cinayət işləri üzrə federal idarənin 60-a yaxın əməkdaşı iştirak edib.

Mənbə: DW

araz.az xəbər portalı.