WhatsApp Image 2021 03 05 at 04.14.35

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi və bütün dünyada böyük maraqla izlənilən, eləcə də haqqında dünyanın bir çox nüfuzlu mətbu orqanlarında dərin siyasi təhlillər yer alan məlum 4 saatlıq mətbuat konfransına gələn xarici jurnalistlərin, daha sonra, azad edilmiş torpaqlarımıza səfərləri təşkil edilib. Moldovalı jurnalistlər də, xüsusi maraq doğuran həmin mətbuat konfransının və səfərin iştirakçısı olub. Ölkələrinə geri döndükdən sonra, həmin qələm sahibləri, əməkdaşları olduğu Moldovanın nüfuzlu noi.md xəbər portalında, əsasən, gözəl Qarabağ diyarındakı erməni vandalizminin acı nəticələrindən bəhs edən, eləcə də xarici media nümayəndələrinin belə bunun şahidi olmalarının və bu kimi digər vacib məsələlərin şərhi olan “Azad olunan Qarabağ moldovalı jurnalistlərin gözü ilə” sərlövhəli məqalələri dərc edilib.502201
Azərbaycanın Moldovadakı səfirliyindən bu barədə araz.az-a daxil olan xəbərdə bildirilir ki, moldovalı jurnalistlərin yazdıqları həmin məqalədə də, dünyanın bir çox ölkəsinin media nümayəndələrinin, bu yaxınlarda, Prezident İlham Əliyevin işğaldan azad olunmuş Qarabağla bağlı təşkil etdiyi mətbuat konfransında iştirak etdikləri qeyd olunub. Bildirilib ki, daha sonra, konfrans iştirakçıları olan xarici jurnalistlərin 30 ilə yaxın erməni əsirliyində qalmış bu bölgəyə səfərləri təşkil edilib. Bir sözlə, bu qələm sahibləri, gözəl Qarabağ torpaqlarının ermənilər tərəfindən necə dağıdılıb, məhv edildiyinə özləri şahidlik edib, buradakı əsrlər yadigarı olan tarixi, dini və mədəni abidələrin işğalçılar tərəfindən necə məhv edilməsini, meşələrin qırılmasını,.. öz gözləri ilə görüb, hətta Ağdam şəhərinin təcavüzkar düşmənin tamamilə məhv etməsinin müşahidəçisi olublar.492193
Məqalədə xüsusi olaraq vurğulanır ki, elə, xarici jurnalistlərin belə Azərbaycanın işğaldan yenicə qurtulmuş bu bölgəsində şahidi olduqları dəhşət doğuran saysız-hesabsız faktlara görədir ki, mütəxəssislər də, bu acı nəticəli erməni işğalını, Xirosimada atom bombasının partlaması ilə müqayisə edirlər. Bütün bunlar azmış kimi, buradakı bütün təhlükələrə rəğmən, Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsi, hələ də, Azərbaycana təqdim olunmayıb. Bütün bu təhlükələrə baxmayaraq, artıq, Füzuli rayonunda böyük infrastruktur layihələrə başlanıldığı, o cümlədən, bu yerlərdə beynəlxalq hava limanının, magistral yolların tikildiyi də, həmin məqalədə xüsusi vurğulanıb.
Həmin məqalədən doğan xüsusi oxucu marağını nəzərə alaraq, araz.az xəbər portalı da, həmin məqalənin Azərbaycan dilində tərcüməsinin tam mətnini dəyərli oxucularına təqdim edir:

AZAD EDİLMİŞ QARABAĞ MOLDOVA JURNALİSTLƏRİNİN GÖZÜ İLƏ

Bu yaxınlarda, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransında iştirak etmək üçün Bakıya gələn xarici jurnalistlərin, xüsusi maraq doğuran bu tədbirdən sonra, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərləri də təşkil edildi.img 504976 0941906001614782236
Moldova Respublikasından olan biz jurnalistlər də daxil olmaqla, dünyanın hər yerindən gələn media təmsilçiləri Laçın rayonuna, Füzuli, Cəbrayıl və Ağdam şəhərlərinə səfər etdilər və bir vaxtlar çiçəklənən bu ərazilərin, erməni vandallarının bəd əməlləri sayəsində nəyə çevrildiyinin şəxsən şahidi oldular.
Jurnalistlərin özləri üçün etdikləri ilk qeyd buradakı gözəl təbiət haqqında oldu. Bölgənin ermənilər tərəfindən dağıdılıb, xarabalığa çevrilməsi fonunda belə, bu ərazilərin yenə də böyük potensiala malik olduğu göz qabağında idi. Lakin xarici ölkələrin media nümayəndələri, bu gün, Azərbaycan Qarabağının tamamilə dağıdılmış infrastrukturu, yandırılmış qəbiristanlıqları, tarixi abidələri və kəsilmiş meşələri olan bir ruhlar şəhəri olduğunu ifadə ediblər.
Ötən əsrin 90-cı illərindəki Birinci Qarabağ Müharibəsindən əvvəl, Ağdam ticarətin inkişaf etdiyi, ümumən, Sovet İttifaqı üzrə, bütün bu bölgədəki ən böyük şəhərlərdən biri idi. İndi bu şəhər tamamilə məhv edilib — evlərin yarısökülmüş daş skeletlərindən, yandırılmış torpaqlarından və bəzi sahələrində paslı dəmirlərdən başqa heç nə qalmayıb.
Bu günə qədər gəlib çıxan yeganə dağıdılmayan tikili məsciddir. Burada həyat olduğunun yeganə işarəsi isə, bu yaxınlarda ortaya çıxan bir hərbi zastavada toplanılmış sahibsiz itlər və pişiklərdir. Jurnalistlər eyni əlamətlərə Cəbrayıl və Füzulidə də şahid oldular. Məhz bu dəhşətlərə görədir ki, mütəxəssislər, buradakı erməni işğalının nəticələrini Xirosimadakı atom bombası partladılması ilə müqayisə edirlər.
Doğrudur, Füzuli şəhərinin artıq yenidən qurulması başlanılıb. Azərbaycanın səlahiyyətli şəxslərinin ən sevindirici və vacib uğuru, artıq, burada, hava limanı tikintisinə başlanılmasıdır. Bu hava limanı beynəlxalq səviyyəli olacaq və 2021-ci ilin sonuna qədər açılması planlaşdırılır. Bu hava limanı ilə birlikdə, Şuşaya gedən magistral yolun inşasına da artıq start verilib. Bundan əlavə, jurnalistlərə bildirilib ki, yaxın üç il ərzində, Laçın dəhlizi boyunca, Ermənistanla Xankəndi arasında əlaqəni təmin etmək üçün, yeni bir yolun tikintisi üzrə plan hazırlanacaq. Həmçinin, Azərbaycanın qərb bölgələri ilə, Naxçıvan Muxtar Respublikası arasında, Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin yaradılması nüansları da, bir vacib layihə əsasında dərindən işlənərək, hazırlanıb.
Əlbəttə ki, yaxın gələcəkdə, buradakı erməni təcavüzündən əziyyət çəkmiş bütün ziyarətgahlar bərpa ediləcək. Bunlar, ilk növbədə, məscidlər, qəbiristanlıqlar və tarixi abidələrdir. Məktəblərin, xəstəxanaların, inzibati strukturların binaları, eləcə də yaşayış evləri tezliklə yenidən tikiləcək ki, bütün məcburi köçkünlər evlərinə qayıda və tam rahat həyat sürə bilsinlər. Həmçinin, “Ağıllı kənd” pilot layihəsinin də həyata keçirilməsi planlaşdırılır, çünki Qarabağa qayıtmaq istəyənlərin bir çoxu kənd təsərrüfatı ilə məşğul olmağı planlaşdırır. Bu layihə, təbii ki, onların həyatını xeyli asanlaşdıracaq.img 504976 0182395001614782238
Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bu il hökumət azad edilmiş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat ayırıb. Bu, təxminən 1,5 milyard dollar deməkdir. Ancaq, əlbəttə ki, bu, aysberqin yalnız görünən tərəfidir. Bu məbləğə dövlət şirkətləri tərəfindən idarə edilən, müxtəlif fondlar tərəfindən maliyyələşdirilən layihələrin və təbii ki, xarici investisiyaların dəyəri daxil deyil. Yaxın gələcəkdə bu torpaqlar prioritet inkişaf əraziləri olacaqdır.
Buraya yatırılan investisiya üç dəfəyə qədər özünü doğruldacaq, çünki bu ərazilərdə mədən sənayesi və kənd təsərrüfatı, həmçinin emal da daxil olmaqla, uzun müddətdə bölgələrə böyük yük axınlarına xidmət göstərməyə imkan verəcək turizm və logistika mübadilələri də mümkün olacaq. Bütün bunlar, iqtisadiyyatın neft sənayesi ilə əlaqəli olmayan yeni iş yerlərini, bütün ölkə üçün faydalı olacaq və iqtisadi inkişafa kömək edəcək sahələr yaradacaqdır.
Ancaq infrastrukturun bərpası xaricində, Azərbaycan Rusiya tərəfi ilə birlikdə, bütün ərazini minalardan təmizləməlidir və bunu, Ermənistanın vermək istəmədiyi minalanmış ərazilərin xəritələri olmadan etmək çox çətin olacaq. Elə, buraya gələn xarici jurnalistlərə də dərhal xəbərdarlıq edildi ki, bu bölgədəki minaların davamlı olaraq partlaması kimlərinsə həlak olmasına səbəb olur və burada olmaq heç də təhlükəsiz hesab edilmir.
Ümumiyyətlə, bu, buradakı bir çox insanı da narahat edirdi! Çünki müharibədən sonrakı 4 ay ərzində, təxminən 70 nəfər minaların partlamasından ya zərər çəkib, ya da həyatlarını itiriblər. Bu qorxulu ölüm təhlükəsini dayandırmaq üçün, həmin xəritələrə böyük ehtiyac var və onların Ermənistan rəhbərliyi tərəfindən təqdim edilməməsi, birbaşa, insanlığa qarşı başqa bir cinayət kimi qiymətləndirilə bilər. Təcili olaraq, Ermənistana təsir etmək və günahsız vətəndaşların ölümünün dayandırılması üçün, dünya ictimaiyyətinin diqqətini tezliklə bu problemin həllinə cəlb etmək vacibdir!”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.