Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb.
araz.az-ın məlumatına görə, İFAB oyun vaxtı beyin silkələnməsi baş verdikdə 4-cü əvəzetmənin sınağına başlayacağını açıqlayıb.
Qurum həmçinin əllə oyun qaydasının da izahatlarını verib. Əllə oyun zamanı qayda pozuntusu aşağıdakılardır:
1. Topa bilərəkdən əllə toxunma – məsələn, əlin bilək hissəsi topa hərəkət etdikdə
2. Topa əllə toxunma – Bədəni irəli verməklə topa əllə toxunma. Bu zaman hesab edilir ki, futbolçu bədənini qeyri-təbii olaraq böyüdür
3. Rəqib qapısına əllə qol vurma – Rəqib qapıçı belə əllə qol vurduqda, qeydə alınmayacaq
4. Top biləyə toxunduqda (təsadüfi olsa belə)
araz.az xəbər portalı.