ermeniesker2387478676

Müharibə bitmiş kimi görünmür, amma Ermənistan ordusu iflic vəziyyətindədir.

araz.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Vrtanesyan 44 günlük müharibədən sonra Azərbaycan ordusunun daha müasir silahlarla gücləndirildiyini, Siilahlı Qüvvələri yenidən qruplaşdırıldığını iddia edib.

Ekspert müharibənin bitmədiyini, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaya biləcəyini söyləyib:

“Ermənistanın isə bütün təhlükəsizlik sistemi iflic vəziyyətindədir. Görünən odur ki, Müdafiə Nazirliyi və milli təhlükəsizlik strukturları Azərbaycanın maraqlarını Ermənistan vətəndaşlarından daha çox qoruyur. Ordu və Nikol Paşinyan arasındakı son münaqişə qətiliklə ümumi təhlükəsizlik kontekstində yaxşı heç nə vəd etmir. Ölkəni məğlubiyyətə aparan komanda müharibədən sonra hakimiyyətdən getməli idi. Ordunu yeniləyərək sürətlə modernləşməyə başlamalıydıq”.

Vrtanesyana görə, müharibədən sonra Ermənistanın təhlükəsizlik sistemi və ordusu bütün riskləri öz üzərinə götürmək məcburiyyətində qalıb.

O, ordunun bərpası üçün 3 milyard dollar lazım olduğunu bildirib: “Bu, Ermənistan Silahlı Qüvvələrini ən azı müharibədən əvvəlki vəziyyətə gətirmək üçün lazım olan məbləğdir. Nəzərə alınmalıdır ki, müharibə zamanı bir çox hərbi infrastruktur məhv edilib, hərbi hissələr və döyüş mövqeləri düşmənin (Azərbaycan – red.) nəzarətinə keçib. İstehkamlar qurmaq, yollar çəkmək və bəzi yerlərdə sözün əsl mənasında sıfırdan başlayaraq infrastruktur yaratmaq lazımdır”.

Vrtanesyan Ermənistan ordusunun güclü Azərbaycan Silahlı Qüvvələri qarşısında müdafiəsiz olduğunu etiraf edib.

araz.az xəbər portalı.