Suriyanın Türkiyə ilə sərhədində yerləşən Tərhin bölgəsinə gecə saatlarında ballistik raketlərlə zərbələr endirilib.
araz.az Teleqraf.com – a istinadən xəbər verir ki, hücumun baş verdiyi bölgədə neft müəssisələri yerləşir.
Hücum nəticəsində tankerlərin partlaması bölgədə yanğına səbəb olub.
Hücumda 3 nəfər ölüb, 28 nəfər yaralanıb.
Ballistik raketlərin kim tərəfindən atıldığı hələlik məlum deyil.
Qeyd edək ki, Tərhin fevralın 9-da da hücuma məruz qalıb, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
araz.az xəbər portalı.